Magistraturanın “SABAH” qruplarında təhsil almaq istəyən bakalavrların nəzərinə
Bakı, 21 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dövlət İmtahan Mərkəzinə (DİM) müraciəti nəzərə alınaraq magistratura səviyyəsinin “SABAH” qruplarının cədvəldə göstərilən boş qalan yerlərinə ödənişli əsaslarla da qəbul aparılacaq.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, qeyd olunan “SABAH” qrupları üzrə ixtisaslaşmaları müsabiqə şərtlərini ödəyən bütün bakalavrlar (3 - 10 iyulda müvafiq ali təhsil müəssisəsi tərəfindən yaradılmış müsahibə komissiyasından keçməsindən asılı olmayaraq) seçə bilərlər.
Plan yerləri ilə bağlı müvafiq dəyişiklik nəzərə alınaraq ərizəsini təsdiq etmiş bakalavarlar elektron ixtisaslaşma seçimi ərizəsinə daxil olub seçimini ləğv etməklə yenidən ixtisaslaşma seçimi edə bilərlər.
Xatırladaq ki, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə ixtisaslaşma seçiminin müddəti uzadılıb və avqustun 22-si saat 23:59-dək davam edəcək. İxtisaslaşmaları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin ixtisaslaşma seçimi etməmiş bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
Müsabiqəyə yalnız avqustun 22-si saat 23:59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:00]
Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur
- 11.06.2026 [18:20]
Coğrafiya İnstitutu: Ağsu aşırımında sürüşmə təhlükəsi qalır
- 11.06.2026 [18:17]
Böyüklərdə disleksiya niyə illərlə gizli qalır? - ekspert izah edir
- 11.06.2026 [18:04]
Agentlik: Bu il 116 mindən çox şagird məzun olur
- 11.06.2026 [17:13]