Magistrlik dissertasiyasına qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyənləşdiriləcək
Bakı, 7 iyun, AZƏRTAC
Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda da dəyişiklik edib.
AZƏRTAC xəbər verir ki, dəyişikliyə əsasən, bu sahədə ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA-ya səlahiyyət verilir. Başqa sözlə, tələbələrin fənlər üzrə attestasiyası (biliyinin qiymətləndirilməsi) Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən müəyyənləşdirilmiş qaydada çoxballı (100 ballı) sistemlə həyata keçiriləcək.
Müvafiq qaydada magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası və AMEA tərəfindən müəyyənləşdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:32]
Azərbaycanda vahid məktəbli geyimi VİDEO
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]