Makedoniyanın Beynəlxalq Vizyon Universitetindən Azərbaycana dəstək
Bakı, 29 oktyabr, AZƏRTAC
Ölkəmizə qarşı Ermənistanın apardığı hərbi münaqişə ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradova tərəfdaş xarici universitetlər, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycana dəstək məktubları ünvanlanır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadıl Hocanın ünvanladığı məktubda Azərbaycan torpaqlarını 30 il ərzində Ermənistanın işğal altında saxlaması, mülki obyektlərə və dinc insanlara silahlı hücumlar etməsi qətiyyətlə pislənir. İşğalçı Ermənistana qarşı beynəlxalq və özünümüdafiə hüququ çərçivəsində Azərbaycan dövlətinin öz ərazi bütövlüyü uğrunda apardığı müdafiə əməliyyatının tam dəstəkləndiyi bildirilir.
Professor Fadil Hoca Vizyon rəhbərlik etdiyi universitet adından şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, haqq-ədalətin bərpa olunaraq, Dağlıq Qarabağın işğaldan azad ediləcəyinə və gerçək sahiblərinin tezliklə öz torpaqlarına qayıdacağından əminliyini ifadə edib.