MALAYZİYANIN ALİ BAŞÇISI AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİ ÖLKƏSİNƏ DÖVLƏT SƏFƏRİNƏ DƏVƏT ETMİŞDİR
Ölkəmizin Malayziyadakı səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, Malayziyanın Ali başçısı əlahəzrət Mizan Zeynal Abidin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi dövlət səfərinə dəvət etmişdir.
Fevralın 15-də ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanın səfiri Tahir Kərimova təqdim olunmuş dəvət məktubunda deyilir: “Zati-alinizi Malayziya hökuməti adından dövlət səfərinə dəvət etməkdən böyük məmnuniyyət hissi duyuruq. Biz ümid edirik ki, səfəriniz ölkələrimizin qarşılıqlı mənafeyinə xidmət edəcək və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bu imkandan istifadə edərək, Zati-alinizə cansağlığı, Azərbaycan Respublikasının xalqına davamlı sülh və firavanlıq arzulayırıq”.