Malinin Kidal şəhəri Tuareq üsyançılarının nəzarətinə keçib
Qahirə, 27 aprel, AZƏRTAC
Malinin şimalında Tuareq üsyançıları ilə hökumət qüvvələri arasında döyüşlər qızışıb. Bu gün üsyançılar Kidal şəhərinə nəzarəti tam ələ keçirdiklərini və rusiyalı hərbçilərin daxil olduğu “Afrika Korpusu”nun bölmələrinin şəhərdən çıxarılması barədə razılıq əldə olunduğunu bildiriblər.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, razılığa əsasən, Mali ordusu və müttəfiqlərinin hərbi qüvvələri şəhərdə yerləşən düşərgələrdən birini tərk ediblər. Yerli sakinlər hərbi karvanın şəhərdən ayrıldığını, hazırda küçələrdə, əsasən silahlı qruplaşma üzvlərinin göründüyünü qeyd ediblər.
Bununla yanaşı, paytaxt Bamako yaxınlığında yerləşən Kati şəhərində də “əl-Qaidə” ilə əlaqəli qruplaşma və Tuareq üsyançıları ilə Mali ordusu arasında silahlı toqquşmaların yenidən baş verdiyi bildirilir. Şahidlərin sözlərinə görə, bölgədə hökumət qüvvələri ilə radikal silahlı qruplar arasında döyüşlər davam edir, əməliyyatlara aviasiya da cəlb olunub.
Paytaxt Bamakoya hücum nəticəsində Malinin müdafiə naziri Sadio Kamaranın öldürüldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.08.2026 [14:27]
Macarıstan hökuməti 2030-cu ilə qədər avronu qəbul etməyi hədəfləyir
- 20.08.2026 [14:23]
Xərçəngin təkrarlanmasının qarşısını alan yeni vaksin sınaqdan keçirilib
- 20.08.2026 [14:03]
Fransa kibercinayətlərə qarşı xüsusi dövlət bölməsi yaradır
- 20.08.2026 [13:54]
Şahzadə Harri və Meqan Markl Böyük Britaniyaya qayıdır
- 20.08.2026 [12:31]
Çin Qırğızıstan və Vyetnam vətəndaşlarına 240 saat tranzit vaxtı verib
- 20.08.2026 [11:31]