Maliyyə texnologiyaları və ödəniş sahəsində əldə olunan nəticələr nəzərdən keçirilib
Bakı, 13 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Azərbaycan Fintex Assosiasiyasının (AzFina) nümayəndələri ilə görüş keçirib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində 2026-cı ilin ikinci rübündə maliyyə texnologiyaları və ödəniş sahəsində əldə olunan nəticələr, eləcə də ekosistemdə formalaşan başlıca meyillər və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Bununla yanaşı, kriptoaktivlər və kriptoaktiv xidməti təminatçılarının fəaliyyətini əhatə edən kompleks tənzimləmə çərçivəsinin tətbiqi, habelə bu sahədə müvafiq normativ xarakterli aktların hazırlanması istiqamətində görüləcək işlər diqqət mərkəzində olub.
Görüşdə, həmçinin növbəti mərhələdə sektor üçün müəyyənləşdirilən başlıca strateji hədəflər, eləcə də fırıldaqçılıq və qeyri-qanuni əməliyyatların qarşısının alınması məqsədilə nəzarət alətlərinin təkmilləşdirilməsinə yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [13:09]
® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb
- 22.09.2026 [13:06]
® “Azercell“ə layihə təklifi göndərmək üçün son 8 gün
- 22.09.2026 [13:02]
Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK
- 22.09.2026 [13:00]
“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib
- 22.09.2026 [12:09]