Azərbaycan Dövlət İnformasiya Agentliyi

Malmö şəhər Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib

Stokholm, 22 may, AZƏRTAC

İsveçin Malmö şəhər Universitetinin mədəniyyət və cəmiyyət fakültəsi nəzdində fəaliyyət göstərən Rusiya və Qafqaz Regionu Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə “Qafqazda azadlıq bəyannamələri - 100 il” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizi konfransda Azərbaycan Respublikasının İsveçdəki səfiri Adış Məmmədov və səfirliyin dəvəti ilə Azərbaycandan İsveçə səfər etmiş AMEA-nın Elm Tarixi İnstitutunun əməkdaşı Ziyad Əmrahov təmsil edib.

Tədbirin Azərbaycana aid hissəsində çıxış edən səfir Adış Məmmədov Azərbaycanda dövlətçilik tarixi barədə məlumat verib. Çıxışını Qafqazın təhlükəsizlik problemləri, regiondakı etnik münaqişələr və bu münaqişələrə beynəlxalq hüquq kontekstində baxış üzərində quran səfir dünyanın hansısa bir yerində münaqişələrin mövcudluğunun regionun bütün dövlətlərinin təhlükəsizliyi üçün problem yaratdığı kimi, iqtisadi inkişafının və güclü dövlətçiliyin formalaşmasının da qarşısını aldığını bildirib.

Adış Məmmədov diqqətə çatdırıb ki, Sovet İttifaqının süqutundan sonra Azərbaycan və Gürcüstan separatizmlə üzləşib və baş verən hadisələr bütün regiona mənfi təsir göstərməkdədir. Həmin illər Azərbaycanın Dağlıq Qarabağ regionunda erməni separatizminin baş qaldırdığını qeyd edən səfir Qarabağ ermənilərinin Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi tələbi ilə çıxış etdiyini qeyd edib. Bu tələbin həm SSRİ-nin, həm də Azərbaycanın Konstitusiyasına zidd olduğu kimi, beynəlxalq hüququn norma və prinsiplərinə də zidd olduğunu vurğulayan Adış Məmmədov deyib: “Təbii ki, Azərbaycan hökuməti erməni separatizminin iddiaları ilə razılaşa bilməzdi və nəticədə ermənilərin separatçı hərəkatı Ermənistanın dəstəyi ilə Azərbaycan dövlətinə qarşı silahlı münaqişəyə çevrilib. Dağlıq Qarabağ ərazisindəki azərbaycanlı yaşayış massivləri erməni hərbi birləşmələri tərəfindən zəbt edilib yandırılıb, silahsız dinc insanlar qətlə yetirilib. Başqa sözlə, Ermənistanın hərbi birləşmələri tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib”. Səfir əlavə edib ki, belə qətliamların biri də əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət olan Xocalı şəhərində törədilib. Şəhər bir gecənin içərisində Ermənistan silahlı birləşmələri tərəfindən darmadağın edilib və 613 dinc insan azərbaycanlı olduğu üçün ermənilər tərəfindən amansızlıqla qətlə yetirilib.

Fikrini davam etdirən Azərbaycanın İsveçdəki səfiri deyib: “Dağlıq Qarabağ münaqişəsi erməni separatizmi kimi yaransa da, region ölkələri müstəqillik əldə etdikdən sonra bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə çevrilib. Artıq döyüşləri qiyamçı Qarabağ erməniləri deyil, Ermənistanın mütəşəkkil milli ordusu aparırdı”. Səfir diqqətə çatdırıb ki, bu, artıq Ermənistanın Azərbaycana açıq təcavüz aktı idi və bu təcavüz Azərbaycanın Dağlıq Qarabağdan kənar 7 rayonunun da işğalı ilə nəticələnib. İşğal nəticəsində 20 mindən artıq azərbaycanlı öldürülüb, təxminən 1 milyon azərbaycanlı öz torpaqlarından, daimi yaşadıqları yurd-yuvalarından qovulub çıxarılaraq qaçqın, köçkün halına salınıb. İşğal olunan ərazilərdə azərbaycanlılara məxsus bütün maddi-mənəvi abidələrin, qəbiristanlıqların vəhşicəsinə dağıdıldığını diqqətə çatdıran səfir təcavüz aktı nəticəsində Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın hərbi birləşmələri tərəfindən zəbt edildiyini və bu işğalın müasir dünyanın gözü qarşısında bu gün də davam etdiyini bildirib.

Adış Məmmədov xatırladıb ki, Ermənistanın təcavüzkar siyasətinə münasibətdə beynəlxalq təşkilatların mövqeyi birmənalı olub. Belə ki, BMT-nin Təhlükəsizlik Şurası münaqişənin dayandırılması ilə bağlı 824, 853, 874 və 884 saylı 4 qətnamə qəbul edib və bu qətnamələrin hər birində Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxması tələb edilib. Bundan başqa, ATƏT, AŞPA, Avropa Parlamenti və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən münaqişə ilə bağlı çoxsaylı sənədlər qəbul olunaraq, bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistanın təcavüzkar siyasətə son qoyması tələb olunur. Çox təəssüf ki, ötən illər ərzində Ermənistan Respublikası dünyada sülhün və təhlükəsizliyin təminatçısı kimi çıxış edən belə nüfuzlu təşkilatların çağırışlarına məhəl qoymayaraq, bununla da beynəlxalq hüququn norma və prinsiplərə hörmətsizliyini bir daha nümayiş etdirib.

Münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupunun yaradıldığını xatırladan Adış Məmmədov bu qrup tərəfindən irəli sürülən həll planları ilə bağlı məlumat verib, bütün bunlara baxmayaraq münaqişənin hələ də həll olunmadığını qeyd edib. Yaranan vəziyyətin region üçün təhlükəli olduğunu vurğulayan səfir dünya ictimaiyyətini məsələyə beynəlxalq hüquq çərçivəsində yanaşmağa çağırıb.

Ermənistanın münaqişə ilə bağlı istifadə etdiyi xalqların öz müqəddəratını təyinetmə hüququndan söz açan Adış Məmmədov deyib: “Helsinki Yekun Aktının 8-ci prinsipinə əsasən xalqların öz müqəddəratını təyin etməsi milli azlıqlara deyil, dövlətlərin ərazi bütövlüyünə hörmət də daxil olmaqla BMT Nizamnaməsinin məqsədləri və prinsiplərinə, eləcə də müvafiq beynəlxalq hüquq normalarına uyğun şəkildə fəaliyyət göstərən xalqlara aiddir. Beləliklə, əgər Ermənistan milli azlıqlara məxsus olan şəxslərin hüquqları haqqında danışırsa, onda bu azlıqlar bütövlükdə insan hüquqları mənasında müdafiə olunurlar. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan erməni azlığının öz müqəddəratını təyin etmək hüququndan danışırsa, bu hüquq, birincisi, milli azlıqlara aid deyil, ikincisi, o, ayrılma anlamına gəlmir. Əgər Ermənistan Dağlıq Qarabağın statusu haqqında danışırsa, bunun erməni azlıqlara heç bir dəxli yoxdur, bu, yalnız ərazi iddiasıdır. Əslində, Ermənistan Respublikası Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımır, Azərbaycanın Dağlıq Qarabağ regionunun əhalisi üçün özünüidarədən imtina edir və dəfələrlə, xüsusən də 1996-cı il Lissabon Sammitində və sonrakı dövrlərdə Avropa Şurasının digər iclaslarında göründüyü kimi Dağlıq Qarabağın müstəqilliyinə çalışır”.

Səfir deyib ki, başqa ölkələrdə yaşayan erməni milli azlıqları öz müqəddəratını təyinetmə prinsipi ilə çıxış edərlərsə, yeni konflikt ocaqlarının yarana biləcəyi istisna deyil. Məsələn, nə vaxtsa Gürcüstanın Cavaxetiya ərazisində kompakt yaşayan ermənilərin Gürcüstandan ayrılaraq öz dövlətlərini qurmaq məqsədilə yeni münaqişə zonasını yaratmayacağına bu gün heç kim təminat verə bilməz.

Çıxışının sonunda A.Məmmədov Cənubi Qafqaz respublikalarının müstəqilliklərinin dayanıqlı olmasının, bu dövlətlərin siyasi-iqtisadi inkişafının, ən nəhayət, təhlükəsiz Qafqazın formalaşmasının burada yaşayan xalqların qarşılıqlı əməkdaşlığından və qarşılıqlı hörmətə əsaslanan münasibətlərdən asılı olduğunu bildirib. O, əks halda, konfliktlərin və xalqlar arasında nifrətin hökm sürdüyü Qafqazın daim gərginlik mənbəyinə çevriləcəyini, bunun isə Qafqaz xalqlarının dövlətçilik maraqlarına deyil, kimlərinsə geosiyasi maraqlarına xidmət edəcəyini vurğulayıb.

Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun alimi Ziyad Əmrahov 1918-ci ilin 28 may tarixində Azərbaycan xalqının öz müstəqilliyini elan etdiyini və müsəlman Şərqinin ilk respublikası olan Azərbaycan Xalq Cümhuriyyətini (AXC) qurduğunu qeyd edərək həmin dövrdə baş verən tarixi hadisələr barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Alim bildirib ki, qısa ömür yaşamasına baxmayaraq, zamanın ən qabaqcıl hüquq və dövlətçilik yanaşmasını özündə cəmləşdirən Azərbaycan Xalq Cümhuriyyəti bütün sahələrdə bir çox mühüm addımlar atıb. AXC-nin hüquqi müstəvidə həyata keçirdiyi yeniliklərdən söz açan alim bu dövrdə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququnun qanunla təsbit edildiyini vurğulayaraq, bununla da Azərbaycanın Şərqdə qadınlara seçki hüququnu verən ilk ölkə olduğunu diqqətə çatdırıb. Bununla yanaşı, AXC-nin hələ 1918-ci ildə ilk parlamenti quraraq demokratik islahatların aparılması üçün ölkədə yaşayan bütün xalqların nümayəndələrini dəvət etdiyini bildirən alim, bu kimi demokratiya ənənələrinin bugünkü Azərbaycanın siyasi sistemində də yaşadıldığını bildirib.

1920-ci ildə AXC-nin Qızıl Ordu tərəfindən işğal olunduğu barədə məlumat verən Ziyad Əmrahov uzun illər SSRİ-nin tərkibində olmasına baxmayaraq, dövlətçilik ənənəsini itirməyən Azərbaycan xalqının 1991-ci ildə Sovetlər Birliyinin dağılması ilə yenidən öz müstəqilliyinə qovuşduğunu və ölkəmizin dünya birliyinin vacib üzvünə çevrildiyini vurğulayıb. Alim bildirib ki, dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı regionda baş verən siyasi çəkişmələrə, ölkə daxilindəki siyasi böhran və Ermənistan tərəfindən elan edilməmiş müharibə təhlükəsinə baxmayaraq, dövlətinə sahib çıxdı və Azərbaycan regionun siyasi əhəmiyyət kəsb edən dövlətinə çevrildi. Ziyad Əmrahov deyib: “Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan milli dövlətçilik siyasəti XX əsrin sonunda daha geniş şəkildə həyata keçirildi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə yeni geosiyasi reallıqlara uyğun yeni Azərbaycan formalaşdırıldı”. Müstəqilliyin bərpasından keçən 27 il ərzində Azərbaycan beynəlxalq münasibətlərin subyekti kimi dünya dövlətləri ilə ikitərəfli əlaqələri inkişaf etdirərək, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı genişləndirib. Ölkədə dərin siyasi və hüquqi islahatlar aparılır. Məlum olduğu kimi, islahatlar çətin və zaman tələb edən bir prosesdir. Buna baxmayaraq, demokratik cəmiyyətin inkişafı üçün lazım olan bütün təminatların insanlara qanunlarla verildiyini bildirən Z.Əmrahov siyasi partiyaların fəaliyyətləri üçün bütün imkanların yaradıldığını, partiyaların parlamentdə təmsil olunduğunu və azad mətbuatın fəaliyyəti ilə bağlı heç bir maneələrin olmadığını vurğulayıb.

Azərbaycanın etnik tərkibinin də rəngarəngliyini qeyd edən Ziyad Əmrahov bunun ölkəmizin zənginliyi olduğunu nəzərə çatdırıb.

Azərbaycanın həm də qədim mədəniyyətin beşiyi olduğunu vurğulayan alim min ildən artıqdır ki, ölkəmizin etnik və dini müxtəliflik baxımından fərqləndiyini, bu torpaqlarda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığını qeyd edərək, bu gün Azərbaycan hökumətinin multikultural dəyərləri və tolerantlıq ənənələrini dövlət siyasətinə çevirdiyini bildirib.

Azərbaycanın yenidən müstəqilliyə qovuşması məsələsinə toxunan tarixçi alim ölkənin yeraltı sərvətlərinin də yeganə sahibinə çevrildiyini bildirib və bu əsnada, Azərbaycanın neft sənayesinə dünyanın nəhəng şirkətləri tərəfindən milyardlarla dollar həcmində sərmayə qoyuluşunu təmin edən müqavilə - “Əsrin müqaviləsi” barədə məlumat verib. O deyib ki, bu müqavilənin imzalanmasından sonra neft və qazın dünya bazarına çıxarılması həll olunması vacib olan məsələ idi və Azərbaycanın patronajlığı ilə 2005-ci ildə Gürcüstandan və Türkiyədən keçməklə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına qədər uzanan və illik daşıma həcmi 50 milyon ton olan Bakı-Tbilisi-Ceyhan neft boru xətti istismara verildi. Bu il isə Gürcüstandan və Türkiyədən keçməklə Avropaya qədər uzanan və böyük daşıma gücünə malik olan TANAP qaz kəməri istismara veriləcək. Heç şübhəsiz, beynəlxalq əhəmiyyət kəsb edən bu enerji layihələri Avropanın enerji təhlükəsizliyinə böyük dəstək olacaq. Bu boru xətləri təkcə Azərbaycanın deyil, Xəzər hövzəsi ölkələrinin də karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasına kömək edəcək.

Tarixçi alim Azərbaycanın dəstəyi ilə bu layihələrdən başqa beynəlxalq əhəmiyyət kəsb edən daha iki layihənin həyata keçirildiyini qeyd edib. Bunlardan biri, Uzaq Şərqi Avropaya birləşdirərək böyük əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. İkinci layihə isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsidir. Bu layihələrin həyata keçməsinin əhəmiyyətini qeyd edən alim onların reallaşması Azərbaycanın mühüm nəqliyyat habına çevrildiyini bildirib.

Ziyad Əmrahov bütün bunların Azərbaycanın 27 illik qısa bir zaman kəsiyində regionun iqtisadi siyasətində oynadığı rol olduğunu bildirib və bu fəaliyyətin Azərbaycanı regionun mühüm bir ölkəsinə çevirdiyini diqqətə çatdırıb.

Tədbirin Azərbaycana aid hissəsinin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO