“Mançester Siti”nin hesabından 15 xal silinə bilər
Bakı, 7 fevral, AZƏRTAC
İki həftə əvvəl maliyyə pozuntularına görə “Yuventus” klubunun 15 xalı silinmişdi. Bu qərardan sonra klub səkkizinci pilləyə geriləmişdi. “Mançester Siti” də oxşar aqibətlə üzləşə bilər.
AZƏRTAC xəbər verir ki, İngiltərə Premyer Liqasının rəhbərliyi komandanın maliyyə qaydalarını pozmaqda ittiham edir. Bəyanata əsasən, Mançester klubu 2009/2010-cu il mövsümündən 2018-ci ilədək 100-dən çox qanun pozuntusuna yol verib. Bu dövr ərzində klub rəhbərliyi gəlir və xərclərlə bağlı dəqiq hesabat təqdim etməyib. Müxtəlif illərdə UEFA-nın klubların lisenziyalaşdırılması və “Maliyyə Fair Play” qaydalarının pozulduğu da vurğulanıb. İddialar öz təsdiqini tapsa, klubun 15 xalı silinəcək.
Qeyd edək ki, komanda hazırda 45 xalla Premyer Liqanın turnir cədvəlində ikinci pilədə qərarlaşıb. Xallar silinəcəyi halda “Mançester Siti” doqquzuncu yerədək geriləyə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]