“Mançester Yunayted”in iki əsas futbolçusu sıradan çıxıb
Bakı, 30 aprel, AZƏRTAC
İngiltərənin “Mançester Yunayted” klubunun iki aparıcı futbolçusu sıradan çıxıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, müdafiəçi Erik Bayi və hücumçu Markus Reşford Premyer Liqanın 36-cı turunda "Çelsi" ilə görüşdə zədələniblər. Markus Reşford 65-ci, Erik Bayi isə 71-ci dəqiqələrdə əvəzlənməli olublar. E.Bayinin zədəsi ciddi olduğundan onun üçün mövsüm artıq bitib. M.Reşfordun vəziyyəti haqqında isə hələlik tam məlumat verilməyib.
Qeyd edək ki, Reşford cari mövsümdə “Mançester Yunayted” klubunun heyətində keçirdiyi 45 oyunda 13 dəfə fərqlənməyi bacarıb. Erik Bayi isə 18 dəfə meydana çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]