Maqdalena Qrono: Yolların açılması və əməkdaşlığın qurulması bütün region üçün əhəmiyyətlidir
Naxçıvan, 1 sentyabr, AZƏRTAC
Hazırda Azərbaycan və Ermənistan arasında tammiqyaslı normallaşma üçün yeni imkanların açıldığı çox vacib bir dövrdən keçirik.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Naxçıvana səfərinin məqsədini şərh edərkən bildirib.
Onun sözlərinə görə, yolların açılması və əməkdaşlığın qurulması bütün regionun rifahı üçün böyük əhəmiyyət daşıyır: “Mən Avropa İttifaqı adından regional əməkdaşlıq və normallaşma səylərinin bütün aspektlərini dəstəkləmək mandatına malikəm. Biz tərəfdaş kimi həm Azərbaycana, həm də Ermənistana regional əlaqələrin qurulması, nəqliyyat dəhlizləri və digər sahələrdə dəstək veririk. Əməkdaşlığı davam etdirməyə hazırıq.”
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:54]
Cəlilabadda qədim yaşayış məskəni tapılıb
- 29.09.2026 [19:08]
Ağstafada müəllimlər arasında yarış olub VİDEO
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:30]
Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb
- 29.09.2026 [17:08]
“Səyyar Gənclər Xidməti” Salyanda
- 29.09.2026 [16:31]