Maqnus Karlsen onlayn superturnirdə liderliyini davam etdirir
Bakı, 24 aprel, AZƏRTAC
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə təşkil edilən şahmat üzrə onlayn superturnirdə üçüncü turun oyunlarına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyunlarında fransalı Maksim Vaşe-Laqrav çinli Liren Dinq, niderlandlı Aniş Giri rusiyalı Yan Nepomnyaşi ilə mübarizə aparıblar. L.Dinq M.Vaşe-Laqravı əsas 4 partiyadakı heç-heçələrin ardından “armagedon”da üstələyərək qarşılaşmadan qalib ayrılıb (3:2). Nəticədə, çinli şahmatçı hesabına 2, Fransa təmsilçisi 1 xal yazıb. Y.Nepomnyaşi isə A.Girini əsas partiyalarda 2,5:1,5 hesabı ilə üstələyib. Rusiyalı şahmatçı aktivinə daha 3 xal əlavə edib.
Ötən oyunların yekun nəticələrinə görə, M.Karlsen 8 xalla liderliyini davam etdirir. Hikaru Nakamuranın 7, L.Dinqin 6, Fabiano Karuana, M.Vaşe-Laqrav və Y.Nepomnyaşinin 5 xalı var. FIDE təmsilçisi Əlirza Firuzca və A.Giri hələ ki xalsızdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]