MARK TETÇER MƏHKƏMƏYƏDƏK ZAMİNƏ BURAXILMIŞDIR
Məhkəmə ona sentyabrın 8-dək, banka 175 min funt-sterlinq köçürənədək Keyptaundakı evini tərk etməməyi tapşırmışdır. O, noyabrda məhkəmə araşdırmalarında iştirak etməlidir.
Hazırda ABŞ-da istirahətdə olan Marqaret Tetçer oğlunun başına gəlmiş bu əhvalata hələlik öz münasibətini bildirməmişdir.
Xatırladaq ki, Ekvatorial Qvineyada hakimiyyəti devirmək cəhdinə görə tutulmuş muzdlular arasında altı erməni təyyarəçisi də var. Rəsmi London tez-tez belə müəmmalı vəziyyətlərə düşən Mark Tetçerin həbsi ilə əlaqədar narahatlığını bildirməyə tələsməsə də, artıq Yerevanda bu əhvalatla əlaqədar qızğın fəaliyyətə başlamışlar. Ermənistanın Misirdəki səfiri və Ermənistanın rəsmi şəxslərindən biri Ekvatorial Qvineyada ədliyyə və səhiyyə nazirləri ilə, habelə baş prokurorla görüşmüşlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [20:13]
Pezeşkian: İran hücumlara cavab olaraq müdafiə edilir
- 23.09.2026 [19:15]
Böyük Britaniya Çaqos adaları ilə bağlı razılaşmaya yenidən baxacaq
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]