İDMAN
Marneulidən olan yeniyetmə azərbaycanlı şahmatçılar dərəcə yarışlarının qalibi olublar
Tbilisi, 17 iyul, AZƏRTAC
Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə Tbilisidə yeniyetmələr arasında şahmat üzrə dərəcə yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Marneuli rayonundakı “Çay Evi”nin şahmat məktəbinin yetirmələri də iştirak ediblər.
Marneuli rayonunun Qızılhacılı kəndindən olan yeniyetmə Tacir Allahverdiyev üçüncü dərəcə yarışında 7 mümkün xaldan 6,5 bal toplayaraq bütün rəqiblərini üstələyib.
Birinci yeri qazanan soydaşımız bununla həm də, növbəti mərhələyə vəsiqə əldə edib.
Daha bir soydaşımız Rafael Bayramov isə beşinci dərəcə yarışlarında mübarizə aparıb və 4,5 bal toplayaraq növbəti tura vəsiqə qazanıb.
“Çay Evi”nin şahmat üzrə məşqçisi Davit Xizanişvili yetirmələrinin göstərdiyi nəticəyə əsasən, məşqçilər arasında ikinci yerə layiq görülüb və mükafatlandırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]