Martın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır. Gecəyə doğru isə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 3-6°, gündüz 8-13° isti, Bakıda gecə 4-6°, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı, sulu qar yağacağı ehtimalı vardır.
Temperatur gecə 0-5° isti, şaxtadan 4°-dək isti, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 13-18° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı olacağı ehtimalı vardır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşam isə yağıntı olacağı ehtimalı vardır.
Temperaturun gecə 0-5°, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı olacağı ehtimalı vardır.
Temperaturun gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, gecəyə doğru isə yağıntı olacağı ehtimalı vardır.
Temperaturun gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağıntı olacağı ehtimalı vardır.
Temperaturun gecə 5-8°, gündüz 11-16° isti, dağlarda gecə 1-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Tibbi-meteroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.