Martın 5-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 4-7°, gündüz 11-14° isti, Bakıda gecə 5-7°, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə az yağıntı olacağı ehtimalı vardır.
Temperaturun gecə 1-6° isti, dağlıq ərazilərdə 4-6° şaxta, gündüz 15-20° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 14-19° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
gündüz hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə yağıntı olacağı ehtimalı vardır. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 0-5°, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 5-7°, gündüz 13-18° isti, dağlarda gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.