Martın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 5-7°, gündüz 10-15° isti, Bakıda gecə 5-7°, gündüz 13-15° isti olacaqdır.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Martın 6-dan 7-nə keçən gecədən başlayaraq 8-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi arabir saniyədə 18-23 metrədək güclənəcəkdir. Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 15-20° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 9-14° isti, bəzi yerlərdə 17°-dək isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 13-18° isti, bəzi yerlərdə 22°-dək isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşam bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 13-18° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 6-11° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Arabir duman olacaqdır. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 14-19° isti, bəzi yerlərdə 22°-dək isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir.
Temperatur gecə 6-8°, gündüz 13-18° isti, dağlarda gecə 4-9°, gündüz 10-15° isti olacaqdır.
Xəbərdarlıq
Martın 6-sı gecəyə doğru bəzi şimal rayonlarından başlayaraq 9-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı vardır. Şimal-qərb küləyi arabir 18-23 metr/saniyə, bəzi yerlərdə saniyədə 25 metrədək güclənəcəkdir. Martın 8-də havanın temperaturu ötən günlərlə müqayisədə 5-8° aşağı enəcəkdir.