Martın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
əsasən axşam və gecə bəzi yerlərdə havanın yağıntılı, gündüz isə dəyişkən buludlu olacağı gözlənilir.
Temperatur gecə 2-4°, gündüz 6-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunundan 771 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 10-15° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti təşkil edəcəkdir.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5°, gündüz 12-17° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-4° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 2-7°, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
arabir yağıntı olacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperaturun gecə 4-7°, gündüz 11-16° isti, dağlarda gecə 0-4°, gündüz 4-9° isti olacağı gözlənilir.