Martın 8-də Azərbaycan ərazisində ictimai nəqliyyat işləməyəcək
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycan ərazisində martın 6-sı saat 00:00-dan martın 9-u saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
AZƏRTAC xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.
Xatırladaq ki, bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində martın 6-sı saat 00:00-dan martın 8-i saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.
Qeyd edək ki, 8 mart - Beynəlxalq Qadınlar Günü Azərbaycanda qeyri-iş günüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:01]
Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol
- 09.06.2026 [14:40]
Deputat: Türk dünyası bizim ailəmizdir
- 09.06.2026 [13:33]