Masallıda “20 Yanvar faciəsi şagirdlərin gözü ilə” mövzusunda rəsm sərgisi açılıb
Masallı, 19 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində “20 Yanvar faciəsi şagirdlərin gözü ilə” mövzusunda rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəssamlıq dərnəyinin və Masallı Uşaq İncəsənət Məktəbi şagirdlərinin Qanlı Yanvar hadisələrini əks etdirən əl işləri nümayiş etdirilib.
Sərginin açılış mərasimində çıxış edən mərkəzin direktoru Dilbər İbayeva 26 il əvvəl keçmiş sovet ordusu tərəfindən Bakıda günahsız insanlara qarşı törədilən faciə barədə məlumat verib.
Rəsm sərgisi ilə tanışlıqdan sonra məktəblilər mərkəzin 3D kinozalında 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxıblar.