Masallıda 3 il əvvəl törədilən quldurluğun üstü açılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Masallıda 3 il əvvəl törədilən quldurluğun üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildirilib ki, 2020-ci il may ayının 26-da gecə saatlarında tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədilə Masallı rayonunun Qəriblər kəndindəki yaşayış evlərindən birinə daxil olan naməlum şəxslər ev sahibinə dəmir linglə müxtəlif bədən xəsarətləri yetirərək oradan uzaqlaşıblar.
Faktla bağlı elə həmin vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Quldurluq əməlinin törədilməsi ilə əlaqədar daxil olan əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Ağali Ağayev tutulub, şəxsiyyəti müəyyən edilmiş digər bir nəfərin saxlanılması istiqamətində isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]