Masallıda 740 hektara yaxın sahədə yazlıq bitkilər əkilib
Masallı, 8 aprel, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür ki, Masallı rayonunda yazlıq əkin kampaniyasına başlanılıb.
Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, rayonda indiyədək 740 hektara yaxın sahədə yazlıq bitkilər əkilib. Bunun 640 hektarını kartof, 70 hektarını noxud, 16 hektarını kələm, 7 hektarını sarımsaq təşkil edir.
Əkin kampaniyası rayonun Qarğalı, Öncəqala, Çaxırlı, Təklə, Xırmandalı, Həsənli, Yeddioymaq və Təzə Alvadı kəndlərində daha geniş vüsət alıb.
Bu il rayonda 4000 hektara yaxın sahədə yazlıq bitkilərinin əkilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]