Maşın oğrusunun digər cinayətləri də üzə çıxmışdır
Bakı, 18 may (AZƏRTAC). Mayın 17-də saat 01.25 radələrində Nərimanov rayonunda Bərdə rayon sakini Rasim Vəliyevə məxsus “Mercedes” markalı yük avtomaşını qaçırılmışdır. Avtomaşın saat 02.25 radələrində Z.Bünyadov prospektində təkəri sıradan çıxmış vəziyyətdə tapılmışdır.
Nərimanov Rayon Polis İdarəsinin 17-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Bakı şəhər sakini Valeh Şərifov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun İradə Abdulovaya və Səlbi Bayramovaya məxsus mağazalardan oğurluq etməsi də müəyyən edilmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktla bağlı cinayət işi açılmışdır, araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]