“McKDERMOT” ŞİRKƏTİ SUALTI BORULAR ÇƏKƏCƏK
AZƏRTAC şirkətin mətbuat üçün məlumatına istinadla xəbər verir ki, 80 milyon dollar dəyərində olan kontraktda “Şahdəniz Alfa” platformasından Səngəçal terminalınadək 90 kilometr uzunluğunda iki sualtı boru kəməri çəkilməsi nəzərdə tutulur. Buraya 26 əsas və 12 yardımçı xətt daxildir. Boru kəmərinin inşası üzrə əsas işlər 2005-ci ildə başa çatdırılacaq, onun Səngəçal terminalındakı boru kəməri ilə birləşdirilməsi isə 2006-cı ildə həyata keçiriləcəkdir.
Şirkətin birinci vitse-prezidenti Kurt Nelson demişdir ki, onun rəhbərliyi bu kontraktın əldə edilməsindən çox razıdır. Belə ki, kontrakt onların Xəzər dənizində ən iri layihələrdən birində iştirakına imkan verəcəkdir. O, işlərin uğurla başa çatdırılacağına əmin olduğunu da bildirmişdir.
Xatırladaq ki, “McDermot” energetika xidməti sahəsində dünyanın aparıcı şirkətlərindən biridir və əsasən, ABŞ Energetika Departamentinin sifarişlərini yerinə yetirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:25]
Milli Kibertəhlükəsizlik Agentliyi “Global Anti-Scam Alliance”a üzv olub
- 23.09.2026 [17:00]
Avropada qazın qiyməti son üç həftənin ən aşağı səviyyəsinə enib
- 23.09.2026 [16:46]
Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur
- 23.09.2026 [16:19]