MDB MÜŞAHİDƏÇİLƏR MİSSİYASININ RƏHBƏRİ OKTYABRIN 12-13-DƏ BAKIYA GƏLƏCƏK
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, MDB müşahidəçilər missiyasının başçısı, MDB-nin icraçı katibi Sergey Lebedev oktyabrın 12-13-də Azərbaycana səfər edib seçkiqabağı vəziyyətlə tanış olacaqdır.
S.Lebedev Bakıya MDB dövlət başçılarının oktyabrın 10-da Bişkekdə keçiriləcək görüşündən sonra gələcəkdir. O, MDB müşahidəçilər missiyası qərargahının işi və oktyabrın 15-də keçiriləcək Azərbaycan prezidenti seçkilərinə hazırlıq səviyyəsi ilə tanış olacaqdır. Qeyd etmək lazımdır ki, MDB missiyası Azərbaycanda sentyabrın 17-dən fəaliyyətə başlamış, artıq bölgələrdə olmuş, yerli hakimiyyət orqanlarının rəhbərləri ilə görüşlər keçirmiş, seçki məntəqələrinə getmişdir. Missiya üzvlərinin gəldiyi ilkin nəticələrə görə, qanunun tələblərinə uyğun azad və şəffaf seçkilərin keçirilməsinə maraq qeydə alınmışdır.