MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, MDB PA-nın Sosial siyasət və insan hüquqları üzrə daimi komissiyasının sədri Nizami Səfərovun sədrlik etdiyi onlayn iclasda parlamentarilər VIII Sankt-Peterburq Beynəlxalq Əmək Forumunun yekunları, Pandemiya dövründə miqrasiya proseslərinin qanunvericiliklə tənzimlənməsinə dair tövsiyələrin layihəsi və gündəliyin digər məsələləri ətrafında müzakirələr aparıblar. Həmçinin MDB ölkələrində model qanun yaradıcılığının 2023-2025-ci illər üzrə perspektiv planına təkliflər nəzərdən keçirilib.
Tədbirin sonunda komissiyanın növbəti iclasının gündəliyi və tarixi müəyyənləşdirilib.