SİYASƏT
MDB PA-nın müşahidəçiləri Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda olublar
![](/files/galleryphoto/2024/1/1200x630/17055662041794030113_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17055662041848514906_1200x630.jpg)
Sankt-Peterburq, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasında növbədənkənar prezident seçkilərinin uzunmüddətli monitorinqini aparan MDB Parlamentlərarası Assambleyası (MDB PA) Katibliyi rəhbərinin müavini - bu qurumun nəzdindəki Beynəlxalq Demokratiyanın İnkişafının Monitorinqi İnstitutunun direktoru İvan Muşketin başçılıq etdiyi beynəlxalq müşahidəçilər Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunda olublar.
AZƏRTAC xəbər verir ki, baş konsul Sultan Qasımovla görüş əsnasında konsulluq ərazisində seçki məntəqəsinin təşkili, məntəqə seçki komissiyasının formalaşdırılması, seçici siyahılarının hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.
Sultan Qasımov bildirib ki, konsulluğun qeydiyyatında 1030 Azərbaycan vətəndaşı var və prezident seçkilərində ənənəvi olaraq seçicilərin yüksək fəallığı müşahidə olunur.
İvan Muşket MDP PA-nın müşahidəçilər qrupunun uzunmüddətli monitorinqin gedişində fəaliyyətindən bəhs edib.
MDP PA-nın beynəlxalq müşahidəçiləri növbədənkənar prezident seçkilərinin monitorinqində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə iştirak edirlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq