Mədəniyyət naziri AZƏRTAC-ın stendini ziyarət edib
Bakı, 5 oktyabr, AZƏRTAC
XI Bakı Beynəlxalq Kitab Sərgisi davam edir.
Mədəniyyət naziri Adil Kərimli sərginin media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) stendini ziyarət edib.
Görüş zamanı kitab sərgisinin informasiya təminatı, media əməkdaşlığının əhəmiyyəti və gələcək birgə layihələr barədə müzakirələr aparılıb. Nazir AZƏRTAC-ın sərgi çərçivəsində həyata keçirdiyi işləri yüksək qiymətləndirib, agentliyin ölkənin mədəni həyatında fəal rol oynadığını vurğulayıb.