Media: “America PAC” Trampın seçki kampaniyasına 200 milyon dollar xərcləyib
Bakı, 12 noyabr, AZƏRTAC
Amerikalı milyarder İlon Maskın siyasi komitəsi (America PAC) prezident seçkilərinin gedişində respublikaçı namizəd Donald Trampı dəstəkləmək üçün təxminən 200 milyon dollar xərcləyib.
AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, bu, ABŞ-da “milyarderlərin seçkilərə necə təsir edə biləcəyinə dair yeni standart müəyyən edir”.
Agentliyin adının açıqlanmasını istəməyən həmsöhbəti qeyd edib ki, “America PAC” tərəfindən xərclənən vəsaitlərin böyük əksəriyyətini İlon Mask verib. Pullar əsasən nadir hallarda səs verən vətəndaşları və seçkilərdə ilk dəfə iştirak edən seçiciləri cəlb etməyə sərf olunub.
Xatırladaq ki, Donald Tramp prezidentlik yarışı zamanı İlon Maskın köməyini yüksək qiymətləndirib. Mediada yayılan məlumatlara görə, Mask ABŞ-ın yeni seçilmiş prezidentinin administrasiyasında əsas rollardan birini oynayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada zəlzələ olub
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]