Media: Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini müzakirə edəcək
Bakı, 19 sentyabr, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri sentyabrın 19-da Rusiyaya qarşı növbəti, 19-cu sanksiyalar paketini müzakirə edəcəklər.
AZƏRTAC xəbər verir ki, Euractiv portalının məlumatına görə, Avropa Komissiyası Rusiyanın qaz və digər yanacaqlarından imtinanı sürətləndirmək üçün sanksiyaları əsas vasitə hesab edir. Avropa İttifaqının diplomatik mənbələrinin verdiyi məlumata görə, növbəti addım kimi Rusiya qazına qarşı məhdudiyyətlərin tətbiqi istisna olunmur.
Portal qeyd edir ki, yeni sanksiyalar paketinə mövcud məhdudiyyətlərdən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi, Rusiya bankları və enerji şirkətlərinə, habelə “kölgə donanması” adlandırılan qurumlara qarşı əlavə tədbirlər, eləcə də üçüncü ölkələrə yönəlmiş ixrac məhdudiyyətlərinin daxil edilməsi nəzərdə tutulur. Bundan əlavə, Rusiya vətəndaşlarına turist vizalarının verilmə qaydalarının sərtləşdirilməsi də müzakirə edilir.
Mətbuatda daha əvvəl yayılan məlumatlara görə, Avropa Komissiyası 19-cu sanksiyalar paketi ilə bağlı rəsmi təklifini məhz sentyabrın 19-da təqdim etməyi planlaşdırır. Bu isə o deməkdir ki, Aİ səfirləri həmin gün yeni paket üzrə müzakirələrə başlaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]
Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur
- 01.10.2026 [12:37]