Media: Qəzza üzrə danışıqların ilk günündə irəliləyiş əldə olunub
Bakı, 16 avqust, AZƏRTAC
Qəzza zolağında atəşin dayandırılması və girovların azad edilməsi ilə bağlı Dohada keçirilən danışıqların ilk günündə irəliləyiş əldə olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti öz mənbələrinə istinadla məlumat yayıb. Danışıqlar prosesinin gedişi ilə bağlı digər təfərrüatlar açıqlanmır .
Qətər Xarici İşlər Nazirliyindən bildiriblər ki, Əmirliyin, Misir və ABŞ-ın iştirakı ilə aparılan məsləhətləşmələr avqustun 16-da davam etdiriləcək. Vasitəçilər atəşkəslə bağlı razılaşma əldə etmək üçün “irəliyə getməkdə qərarlıdırlar”.
Qəzza zolağında atəşkəsə nail olunması və HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi məqsədilə dünən Dohada məsləhətləşmələrin yeni raundu başlayıb. Danışıqlarda Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Ağ evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk, İsrailin Mossad kəşfiyyatının direktoru David Barnea və Misir kəşfiyyat xidmətinin rəhbəri Abbas Kamel iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]