Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək
Bakı, 31 oktyabr, AZƏRTAC
Vaşinqtonun Avropaya marağı son onilliklər ərzində azalmaqdadır və qarşıdakı prezident seçkiləri bu tendensiyanı dəyişməyəcək.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin yazdığına görə, prezident postuna namizədlərdən heç biri ABŞ-Avropa münasibətlərini 1990-cı illərin əvvəlindəki səviyyəyə qaytarmayacaq.
Lakin Demokratlar partiyasının namizədi Kamala Harrisin prezidentliyi Avropa ölkələri üçün respublikaçıların namizədi Donald Trampın qələbəsindən daha sərfəlidir. Bununla belə, ümumi mənzərə ondan ibarətdir ki, köhnə qitə artıq Birləşmiş Ştatlar üçün vaxtilə olduğu qədər cəlbedici deyil.
Ekspertlərin fikrincə, Avropanın güc siyasətinə hazır olmaması və risk etmək istəməməsi amerikalılar arasında sərt narazılıqla qarşılanır. İqtisadi göstəricilərin Vaşinqtonun xeyrinə olması da ABŞ-la Avropa arasındakı münasibətlərə mənfi təsir göstərir.
Nəşrin məlumatına görə, Avropanın əhəmiyyətini anlayan ABŞ Prezident Cozef Bayden də Asiya-Sakit okean regionuna daha çox üstünlük verib və gələcəkdə bu tendensiya daha da güclənəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:29]
Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]