Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mediada Azərbaycan dili” mövzusunda keçirilən təlim proqramı yekunlaşıb

Bakı, 17 iyul, AZƏRTAC

Medianın İnkişafı Agentliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasının birgə təşəbbüsü ilə bu ilin 10 yanvar – 11 aprel tarixlərində Bakı, Quba və Lənkəranda həyata keçirilən “Mediada Azərbaycan dili” mövzusunda təlim proqramı uğurla başa çatıb.

AZƏRTAC xəbər verir ki, təlim proqramının əsas məqsədi media nümayəndələrinin Azərbaycan ədəbi dilinin normaları ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirmək, audiovizual mediada dil mədəniyyətinin yüksəldilməsinə və peşəkar nitq mühitinin formalaşdırılmasına töhfə vermək olub.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra layihəyə həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, informasiya mühitinin sürətlə dəyişdiyi, rəqəmsal platformaların təsirinin artdığı bir dövrdə jurnalistlərin peşəkar bacarıqları ilə yanaşı, Azərbaycan dilinin norma və qaydalarına dərindən bələd olmaları xüsusi əhəmiyyət daşıyır. O diqqətə çatdırıb ki, dövlət dilinin mediada düzgün və səlis tətbiqi cəmiyyətin etibarlı informasiya ilə təmin olunmasına və peşəkar jurnalistika mühitinin möhkəmlənməsinə xidmət edir. Bundan əlavə, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərvanə İbrahimovanın müəllifi olduğu və bu yaxınlarda çapdan çıxan “Sosial media” dərs vəsaiti ilə bağlı danışan Əhməd İsmayılov kitabın peşəkar jurnalist kadrların hazırlanmasına mühüm töhfə verəcəyini bildirib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov isə qeyd edib ki, efir məkanı cəmiyyət üçün nümunə rolunu oynadığından aparıcıların, jurnalistlərin və digər media nümayəndələrinin nitq mədəniyyətinə xüsusi diqqət yetirməsi vacibdir. O vurğulayıb ki, Azərbaycan dilinin zəngin ifadə imkanlarının qorunması, dil normalarının efirdə düzgün tətbiqi və peşəkar nitq vərdişlərinin inkişaf etdirilməsi milli media mühitinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycan dilinin xalqımızın milli kimliyini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərdən biri olduğunu bildirib. O qeyd edib ki, dövlət dilinin qorunması və inkişafı hər bir vətəndaşın borcudur. Bu işdə medianın rolu isə xüsusilə böyükdür. Televiziya, radio, qəzetlər, xəbər saytları və sosial media insanların gündəlik istifadə etdiyi əsas informasiya mənbələridir. Ona görə də mediada işlədilən dil cəmiyyətin nitq mədəniyyətinə birbaşa təsir göstərir. Rektor Azərbaycan dilinin saflığının qorunmasına daim həssaslıqla yanaşan Prezident İlham Əliyevin həm Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışında, həm də 2026-cı il 5 yanvar tarixində Azərbaycan televiziyalarına verdiyi müsahibədə bu mövzunun əhəmiyyətinə dair səsləndirdiyi fikirlərin hər kəs üçün “yol xəritəsi” olduğunu vurğulayıb: “BDU ölkəmizdə filologiya, Azərbaycan dili və ədəbiyyatını tədris edən, peşəkar jurnalistləri yetişdirən əsas elm və təhsil mərkəzidir. 2026-cı il yanvarın 15-də BDU-da ölkəmizin bütün radio və televiziya şirkətlərinin rəhbərləri, MEDİA Agentliyi, Audiovizual Şura, Mətbuat Şurası rəhbərlərinin və nüfuzlu alimlərin iştirakı ilə “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzusunda Respublika elmi-praktik konfransını təşkil etdik. Konfransda media rəhbərləri ilə birgə müasir media mühitində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi məsələləri müzakirə olundu. BDU ilə MEDİA Agentliyi, Audiovizual Şura və audiovizual media subyektlərinin ana dilimizin saflığının qorunması istiqamətində birgə fəaliyyəti, əvvəlki layihələrdə olduğu kimi, bu dəfə də öz müsbət nəticəsini verdi. AzTV-nin Teleradio Akademiyasının “Mediada Azərbaycan dili” təlim proqramında BDU-nun alimləri də yaxından iştirak ediblər. BDU-nun kafedra müdirləri - professor Qulu Məhərrəmli, dosentlər Aynur Nəsirova və Xatirə Hüseynovanın da müəlliflər arasında olduğu, təlimin stenoqramları əsasında hazırlanan “Mediada Azərbaycan dili” adlı kitabı nəşr olunub. Bu kitab təkcə media nümayəndələri üçün deyil, həm də jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün qiymətli mənbə olacaq”.

Daha sonra təlim proqramını uğurla başa vuran media nümayəndələrinə sertifikatlar, layihənin təşkilində və ictimaiyyətə çatdırılmasında fəal iştirak edən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin PR qrupunun əməkdaşlarına isə təşəkkürnamələr təqdim olunub.

Tədbir çərçivəsində jurnalistlər üçün hazırlanan “Mediada Azərbaycan dili” adlı metodik vəsaitin rəsmi təqdimatı da olub. Kitabın müəllifləri – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, BDU-nun kafedra müdirləri - filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Xatirə Hüseynova və filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Aynur Nəsirova nəşrin hazırlanmasının məqsədi, mediada daha çox rast gəlinən dil qüsurları və vəsaitin jurnalistlərin gündəlik fəaliyyətində istifadə oluna biləcək praktik mənbə kimi əhəmiyyəti barədə məlumat veriblər. Bildirilib ki, vəsaitdə layihə çərçivəsində təlim keçən digər dilçi alimlərin, media mütəxəssislərinin tövsiyə və yanaşmalarına da yer verilib.

Xatırladaq ki, 2026-cı il 10 yanvar – 11 aprel tarixlərini əhatə edən proqram çərçivəsində Bakıda 24, Quba və Lənkəranda 4 təlim keçirilib. Təlimlərdə 30-dan çox regional media nümayəndəsinin peşəkar inkişafına dəstək göstərilib. Təlimlərdə müxtəlif televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları və digər media qurumlarını təmsil edən 50-yə yaxın jurnalist, redaktor və aparıcı iştirak edib. Eyni zamanda, dilçi alimlər və media ekspertlərinin iştirakı ilə Azərbaycan dilinin mediada düzgün tətbiqi, nitq mədəniyyəti və aktual dil məsələlərinə həsr olunan maarifləndirici podkastlar hazırlanaraq ictimaiyyətə çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var