Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhdudiyyətlərin geniş yer aldığı yarışlar və ya Tokio Yay Olimpiya Oyunlarına necə hazırlaşır

Məhdudiyyətlərin geniş yer aldığı yarışlar və ya Tokio Yay Olimpiya Oyunlarına necə hazırlaşır

Tokio, 21 iyul, AZƏRTAC

Dördilliyin zirvə yarışının - “Tokio 2020” XXXII Yay Olimpiya Oyunlarının başlamasına cəmi iki gün qalıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, hər hansı gözlənilməz hadisə baş verməzsə, “Tokio-2020”nin açılış mərasimi iyulun 23-də baş tutacaq.

Maraqlıdır ki, Tokio tarix boyu üç dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi hüququ qazanıb. Lakin bunların hər birində baş vermiş müxtəlif hadisələr bu idman bayramına maneə yaradıb. 1940-cı ildə Olimpiya Oyunları Yaponiyanın Çinə hücum etməsinə görə ləğv olunub. 1964-cü ildə isə “Gündoğar ölkə”də görünməmiş quraqlıq baş verib və yarışların tarixi payıza dəyişdirilib. 2020-ci ildə də Tokio bu lənətdən yayına bilməyib. Belə ki, məlum koronavirus pandemiyası səbəbindən yarışlar bir il müddətinə təxirə salınıb. Artıq yarışların ilk qarşılaşmaları baş tutsa da, hələ də risk dərəcəsi yüksək olaraq qalır. Bunu Oyunların təşkilat komitəsinin üzvləri belə ifadə etməkdən çəkinmirlər. Yaponiya paytaxtında koronavirusa yoluxmaların qarşısını almaqda çətinlik çəkən ölkə rəhbərliyi yoluxma səviyyəsinin kəskin artacağı təqdirdə Oyunların ləğvinin mümkün olduğunu etiraf edir. Bu məqsədlə iyulun 12-də elan edilən fövqəladə vəziyyət rejiminin avqustun 22-də başa çatacağı gözlənilir.

Məsələni çətinləşdirən digər məqam təkcə statistikanın deyil, yaponların özlərinin də Olimpiadanın əleyhinə olmalarıdır. Olimpiada ilə bağlı məsələlərin müzakirə olunduğu obyektlərin qarşısında fasiləsiz etiraz mitinqləri davam edir.

Lakin nə hökumət, nə də Beynəlxalq Olimpiya Komitəsi Olimpiadanın keçirilməsi barədə qərardan geri çəkilmək istəmirlər. Buna görə də “Tokio-2020” tarixə “Ciddi rejimli Olimpiada” kimi düşəcək. Bütün idmançılardan və Olimpiadanın digər iştirakçılarından tibbi maska daşımaları, gündə azı bir dəfə test vermələri tələb edilir. Çox yaxın ünsiyyət də Atletlər kəndində qadağan edilmiş qaydalar siyahısındadır. Yeri gəlmişkən, Olimpiya iştirakçılarından başqa heç kimin buraxılmadığı Atletlər kəndindəki otaqlarda minimal və ekoloji cəhətdən təmiz şərait yaradılıb. Burada ağacdan və kartondan hazırlanmış bütün inventar sonradan tullantı kimi ləğv olunacaq.

Tokio körfəzinin sahilində yerləşən Atletlər kəndinə gəlincə isə, burada yarışlara qatılacaq 18 min nəfərin yaşayacağı 21 bina inşa edilib. Ölkəyə daxil olarkən qonaqların telefonlarına yüklənən xüsusi proqramlar onlardan hər birinin GPS vasitəsilə izlənməsinə şərait yaradır. Komanda üzvlərindən birinin yoluxması baş verdiyi halda, onun yaxınlıqda olmuş bütün yoldaşları karantinə göndərilir. Hətta kəndin həyətində gəzmək də qadağandır.

Bununla yanaşı, bütün ölkələrin nümayəndə heyətləri maksimum dərəcədə ixtisara salınıblar. Əgər əvvəlki Olimpiadalar zamanı bütün iştirakçılar yarışlara eyni vaxtda gəlirdilərsə, Tokio Olimpiadası zamanı hər bir komanda yalnız öz vaxtında Yaponiya paytaxtına gələ bilər. Yeni qaydalara əsasən, hər bir idmançı onun çıxışına yalnız beş gün qaldığı zaman Tokioya səfər edə bilər.

Məşhur əcnəbi idmançılarla görüşmək məqsədilə yerli həvəskarlar tərəfindən aparılan hazırlıq işləri də demək olar ki, qadağan edilib. Yaponiyanın bir çox şəhərlərini əhatə edən “Host town” proqramı çərçivəsində idmançılarla ünsiyyətə icazə verilməyəcək. Nə imza alma, nə də fotosessiya mərasimləri keçirilməyəcək. Selfi çəkmək üçün də tamaşaçılar olmayacaq, çünki Tokio Olimpiadasına nə əcnəbi, nə də yerli tamaşaçılar buraxılmayacaqlar.

Çoxsaylı məhdudiyyətlər Olimpiadada iştirak etmək üçün Yaponiyaya gələn və sayları həddindən artıq ixtisar edilən yüksək səviyyəli dövlət nümayəndə heyətlərinin üzvlərinə də şamil olunacaq. Həmin şəxslər də xüsusi icazə olmadan ictimai nəqliyyatdan istifadə edə və öz komandalarının üzvləri ilə ünsiyyət qura bilməzlər. Yeri gəlmişkən, Yer Kürəsinin birinci şəxslərindən yalnız 2024-cü ildə növbəti Olimpiadaya ev sahibliyi edəcək Fransa Prezidenti Emmanuel Makronun səfəri gözlənilir. Çindən Baş nazirin idman sahəsinə baxan müavininin, ABŞ-dan isə Prezidentin xanımı Cill Baydenin gələcəyi bildirilir. Bu mənada hazırkı Olimpiadanın əvvəlkilərdən fərqli olaraq yüksək səviyyəli diplomatik danışıqlar üçün əlverişli meydana çevriləcəyini demək də mümkün deyil.

Olimpiadanın nəticəsi olaraq təqdim ediləcək mükafatlar da əvvəlki yarışlardan fərqli olacaq. Belə ki, Tokio Olimpiadasında qalib gələcək idmançılara təqdim edilən medallar tullantılardan hazırlanıb. Bu medallar yarışlara bir neçə il qalmış Tokio şəhər administrasiyasının təşəbbüsü ilə istifadə üçün yararsız olan müxtəlif elektron avadanlığın - smartfon, android və notbukların hissələrindəki qiymətli metallardan hazırlanıb. Tokio sakinlərinin topladığı təqribən 6 milyon qadcetdən hazırlanan həmin medallar keyfiyyətinə görə əvvəlki Olimpiadaların mükafatlarından heç də geri qalmır.

Lakin bütün bu risklərə və məhdudiyyətlərə baxmayaraq, idmançılar yarışlara qatılmaqdan məmnundurlar. Çünki “Tokio-2020” çoxdan gözlənilən yarışlardır. Ümumilikdə 339 komplektdən ibarət müxtəlif əyarlı medallar isə hansı materialdan hazırlanmasından asılı olmayaraq, bu yarışlara qatılacaq idmançılar üçün çox qiymətli mükafat olacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib