Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhəmməd Məmmədov: Azərbaycan və özbək folkloru eyni mədəni yaddaşdan qaynaqlanır

Məhəmməd Məmmədov: Azərbaycan və özbək folkloru eyni mədəni yaddaşdan qaynaqlanır

 AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri və mədəni irsinə həsr olunan yazılar silsiləsini davam etdirir

Bakı, 1 dekabr, Günel Alıyeva, AZƏRTAC

Azərbaycan və özbək xalqlarının folkloru türk etnos ailəsinin eyni kökünə bağlı olmaqla, min illər boyu ortaq tarixi-mədəni mühitdə formalaşıb. Oğuz-karluq mənşəyi, Orta Asiya–Qafqaz coğrafiyasında yaxın təmaslar, köçəri və yarımköçəri həyat tərzi, eləcə də eyni inanc sistemləri bu xalqların şifahi söz sənətinə ortaq nəfəs verib.

Bunu AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Məhəmməd Məmmədov bildirib.

Onun sözlərinə görə, Səlcuqlar, Xərəzmşahlar, Teymurilər kimi böyük siyasi birliklərin tərkibində Oğuz və karluq tayfalarının uzun müddət bir arada yaşaması folklor mübadiləsini gücləndirib, süjet və obrazların bir çoxunu eyni mədəni yaddaşdan qaynaqlandırıb.

O qeyd edib ki, bu ortaq zəmin, ilk növbədə, türk etnik mənşəyi və qədim mifoloji qatlarda üzə çıxır. Göy Tanrı inancı, Umay ana, yer-su ruhları, şamanizm izləri, at kultu həm Azərbaycan, həm də özbək folklorunda mühüm mifoloji baza kimi qalmaqdadır. Oğuz qəhrəmanlıq ənənəsi, qopuz və ozan–baxşı sənəti, igidlik və vətən, torpaq uğrunda mübarizə, sevgi motivləri hər iki xalqın dastan dünyasının əsas sütunlarındandır.

“Koroğlu” dastanının həm Azərbaycan, həm də özbək variantlarının mövcudluğu, “Kitabi-Dədə Qorqud”, “Alpamış” kimi abidələrdə oxşar qəhrəmanlıq modeli bu ortaq köklərin ən parlaq sübutlarındandır. Köçəri türk həyat tərzinin izləri nağıllarda, lətifələrdə, aşıq–baxşı ənənəsində, qəhrəmanlıq və məhəbbət dastanlarında eyni motivlərlə özünü göstərir.

Dosent bildirib ki, digər mühüm ortaq qat İslam və xüsusən sufi ənənələrinin təsiridir. Yəsəvilik, nəqşbəndlik, xəlvətilik kimi sufi təriqətlərinin geniş yayılması hər iki xalqın şifahi irsində dini-mənəvi dünyagörüşü yaxınlaşdırıb. Azərbaycan və özbək folklorunda Mövlana, Nəsimi ruhlu təsəvvüf poeziyasını xatırladan motivlər, rəvayət və əfsanələrdə haqq, ədalət, səbir, halallıq, səxavət, əmanətə sadiqlik kimi dəyərlərin ucaldılması bu təsirin nəticəsidir. Dini nağıl və rəvayətlərdə Süleyman, Musa, Yusif, İlyas, Xızır, İsgəndər, Məhəmməd peyğəmbər, həmçinin İmam Əli, İmam Həsən, İmam Hüseyn kimi obrazlar insanlara doğru yolu tapmaqda, yaxşını pisdən ayırmaqda mənəvi bələdçi kimi təqdim olunur. Atalar sözləri və məsəllərdə – “Əməlinə görə qarşılıq taparsan”, “Yalançının evi yıxılar”, “Haqq nazilər, amma üzülməz”, “Halal zəhmət - ən böyük qazancdır” kimi şəriət və əxlaq prinsipləri xalq hikməti səviyyəsində formalaşdırılıb.

Məhəmməd Məmmədovun fikrincə, Azərbaycan və özbək xalqlarının yaradıcılığında türk, İslam və ümumən Şərq mədəniyyətinin sintezi xüsusi aydın görünür. Qəhrəmanlıq dastanlarında igidlik, el-oba qeyrəti, torpaq və vətən amili, tanrıçılıq, at kultu türk təfəkkürünün dayağı kimi ön plana çıxırsa, nağıl və atalar sözlərində köçəri mədəniyyətə, təbiət qüvvələri ilə bağlı qədim inanclara işarə edən çoxsaylı detallar qorunub saxlanır. Eyni zamanda, hər iki xalqın nağıl dünyasında klassik Şərq motivləri – “Min bir gecə” üslubu, padşah sarayları, cadugərlər, divlər, cinlər, pərilər geniş yer tutur. Dastan və rəvayətlərdə Nizami, Nəsimi, Füzuli kimi Şərq poeziya məktəblərinin nəhənglərinin təsiri hiss olunur: metaforik düşüncə, ilahi və məcazi məhəbbət, mənəvi sınaqlarla dolu yol motivi bu sintezin bədii ifadəsidir.

Alim qeyd edib ki, təsəvvüfi dünyagörüşünün folklorda ən səciyyəvi təzahürlərindən biri “buta” motividir. Məhəbbət dastanlarında buta yalnız nişan yox, ilahi vergi, sınaq və seçilmişlik rəmzi kimi çıxış edir. Buta verilən məkan ilahi cəhətdən dəyərləndirilmiş məkan hesab olunur; burada badə elementi, saz çalma və şairlik qabiliyyətinin verilməsi qəhrəmanın sonrakı sınaqlara hazırlandığını göstərir. Sufi təlimindəki şəriət, təriqət, həqiqət və mərifət mərhələləri qəhrəmanın sevgilisinə qovuşmaq üçün keçdiyi yolun mənəvi modelinə çevrilir. Aşiq qəhrəman buta alan, yaxud göbəkkəsmə nişanlanan haqq aşığıdır; o, sözlə, sazla sınaqlarla mübarizə aparır və bəzən cismani qovuşma baş verməsə də, ilahi vüsala – həqiqi eşqə çatır. Bu baxımdan, Azərbaycan və özbək məhəbbət dastanlarında məcazi məhəbbət qadına, ilahi məhəbbət isə qadın obrazında təcəssüm edən mütləq başlanğıca, yəni Allaha yönəlir.

“Beləliklə, Azərbaycan və özbək folkloru türk etnik kökü, ortaq tarixi məkan, İslam və sufi ənənələri, həmçinin Şərq mədəniyyətinin bədii-estetik kodları əsasında formalaşan vahid mədəni mənzərənin iki fərqli, lakin bir-birini tamamlayan təzahür formasıdır. Bu ortaq zəmin həm qəhrəmanlıq, həm məhəbbət, həm də didaktik-mənəvi mətnlərdə özünü göstərir və hər iki xalqın yaradıcılığını eyni mədəni yaddaşın daşıyıcısına çevirir”, - deyə o əlavə edib.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş nazir: Ölkəmizin strateji valyuta ehtiyatları təxminən 91 milyard dollar təşkil edir

Zakir İbrahimov: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üçün genişmiqyaslı işlər aparır

“Mingəçevir Reqatası-2026”da Azərbaycanı təmsil edəcək avarçəkənlər bəlli olub

Çimərlik güləşi millisinin Dünya Seriyasının final mərhələsi üçün heyəti açıqlanıb

Əli Əsədov: Böyük Qayıdışa dair II Dövlət Proqramının təsdiqi gözlənilir

“AzerGold” qarşıdakı mərhələdə yeni yataqların iqtisadi dövriyyəyə cəlb edilməsini prioritet hesab edir

Daxili işlər naziri xarici dövlətlərin Polis akademiyalarına ezam olunan polis kursantları ilə görüşüb

Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazaxıstanda hərbçilərin həlak olmasının səbəblərinin araşdırılması üçün hökumət komissiyası yaradılıb

Xüsusi icra məmuru fəaliyyəti ilə bağlı müsabiqənin müsahibə mərhələsində uğur qazanmış namizədlər ilkin icbari hazırlığa cəlb olunacaqlar

Türk ekspert: Ermənistanın Azərbaycana qarşı təcavüzü iki suveren dövlət arasında beynəlxalq xarakterli münaqişəyə çevrilmişdi

Şəhid ailələri və müharibə iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub – BMU-da görüş

ANAMA: Azərbaycanda minatəmizləmə müasir texnologiyalar əsasında həyata keçirilir

Formula 1: İkinci sərbəst yürüşdə qəza baş verib

® “Expressbank” sahibkarlara 100 000 manatadək mikro kredit təklif edir

Növbəti iki gün hava necə olacaq?

O.M.Muradovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Böyük Britaniyada çalışan azərbaycanlı həkim: Gələcəkdə Xankəndidə fəaliyyət göstərmək istəyirəm - MÜSAHİBƏ

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq

® “Bakcell”də hədiyyə mövsümü başladı

Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib

“AzərEnerji” vaxtilə təmas xətti olan ərazilərdə 3000-ə yaxın ağac əkib

Orta Dəhlizlə 2029-cu ildə 300 min konteyner daşınması planlaşdırılır

Formula 1 Azərbaycan Qran-Prisində ikinci sərbəst yürüş başlayıb

“Toxumçuluq haqqında” Qanun ölkənin ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə töhfə verəcək

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Paytaxtın Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

Qazaxda açıq ərazidə baş verən yanğın söndürülüb VİDEO

AzTU-da tədbir: ermənilərin Qərbi Azərbaycanda törətdiyi etnik təmizləmə siyasəti pislənilib

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

“Birliyin Gücü – 2026” təlimində məşqlər uğurla davam edir VİDEO

Tamar İoseliani: Məqsədimiz Orta Dəhlizin vahid və inteqrasiya olunmuş sistem kimi fəaliyyətini təmin etməkdir

Məktəbə adaptasiya, akademik yük və telefon qadağası - təhsil ekspertinin şərhi

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının sənaye nazirlərinin 4-cü iclasında təmsil olunub

Adəm İbrahim: Süni intellektdən insanların işinin səmərəliliyini artırmaq üçün istifadə olunmalıdır – MÜSAHİBƏ

Metal filizlərinin hasilatı üzrə istehsalın dəyəri 42 faizdən çox artıb – QRAFİK

Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır

Tarix Muzeyində qiymətli mənbə: “Dərbəndnamə”nin nadir nəşri

Yeni reallıqda ölkəmizin siyasi manevr imkanları daha da genişlənib - ŞƏRH

Professor: İşğal dövründə Bəsitçay çinar meşələrinə ciddi ziyan vurulub

Oman nümayəndə heyəti “ASAN xidmət”də olub

Ağcabədidə çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb VİDEO

Yeni Robotik Reabilitasiya Mərkəzində icbari tibbi sığorta çərçivəsində 15 mindən çox xidmət göstərilib

İsraildə yaşayan azərbaycanəsilli gənclər Anım Gününə toplaşıb

Formula 2 Azərbaycan Qran-Prisində ikinci sıralama turu başa çatıb - YENİLƏNİB 2

Famil Rüstəmov: Regionlarda məşğulluğun genişlənməsi aqrar iqtisadiyyatın dayanıqlığını artırır

“№1”, “Kəhrəba”, “Nabat” əmtəə nişanlı qənd məhsullarında uyğunsuzluq aşkarlanıb

Özbəkistanın ali təhsil müəssisəsinin professor-müəllim heyəti AzTU-da təcrübə keçəcək

Almaniyada peşəkar kişi futbol komandasına rəhbərlik edən ilk qadın baş məşqçi istefaya göndərilib

Azərbaycanın müdafiə naziri Qazaxıstan tərəfinə başsağlığı verib

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

“Filtrsiz” podkastının ilk qonağı Əməkdar həkim Nadir İsmayılov olub VİDEO

Azərbaycanın sosial müdafiə sahəsində rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

Səyyarə İbadullayeva: İşğal dövründə Qarabağın meşə və bitki örtüyünə ciddi ziyan vurulub

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqqın məbləği”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kollegiyasının Qərarı

Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib

Qazaxıstanda hərbçilərin təlim zamanı həlak olmaları ilə bağlı cinayət işi açılıb

Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb

İqtisadçı-alim: Aqrar sahənin inkişafı regionlarda infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlıdır

Qarabağ Zəfəri Azərbaycanın dövlət suverenliyinin praktiki məzmununu gücləndirdi - ŞƏRH

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ VİDEO

Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb

Sərdar Fərəcov: Üzeyir Hacıbəyli Azərbaycan professional musiqisinin təməlini formalaşdırıb

Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb

Azərbaycanın enerji strategiyası: geosiyasi reallıqlar və yeni enerji düşüncəsi

Hörmüzün ardınca Bab əl-Məndəb boğazının da təhlükəli vəziyyətə salınması neftin qiymətinin artmasına təkan verir

ADY rəhbərliyi Almaniya və Türkiyə dəmir yolu şirkətlərinin nümayəndələri ilə müzakirələr aparıb

Şotlandiyada insan alveri və narkotik istehsalı ilə məşğul olan mütəşəkkil dəstənin üzvləri saxlanılıb

Qazaxıstanlı ekspert: 2026-cı ildə Orta Dəhliz formalaşma mərhələsindən miqyasın genişlənməsi dövrünə keçid edir

Toxum və əkin materiallarında aşkarlanan uyğunsuzluqlarla bağlı xarici ölkələrə göndərilən bildirişlərin sayı açıqlanıb

Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək

Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Azərbaycanla Gürcüstan arasında gənclər və idman sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycanın boks millisi Avropa çempionatında rekorda imza atıb

Formula 1: “Mercedes” pilotu sərbəst yürüşdə finişə birinci çatıb - YENİLƏNİB

Hazırda Aqrar Sığorta Fondunda 41 adda bitkinin sığortalanması prosesi aparılır

Koreya Respublikası 2035-ci ilədək Yaxın Şərq mənşəli neft idxalının payını 50 faizə endirəcək

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Bakıda “Boeing 787 Dreamliner” uçuş simulyatoru təqdim edilib VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Göyçayda narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar VİDEO

Bolqarıstan neft məhsullarının ixrac məhdudiyyətlərini ləğv edib

Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib

Birləşmiş Ştatların gündəlik neft istehsalı azalıb

Azərbaycan və Makedoniya arasında idman sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

ABŞ-nin neft ehtiyatları artır

Dağ-mədən sənayesi üzrə fəaliyyətin genişləndirilməsi bölgələrdə yeni istehsal və məşğulluq imkanları yaradacaq - RƏY

Dağ-mədən və metallurgiya sənayesi Azərbaycanın yeni sənaye ekosisteminin formalaşmasına xidmət edəcək - ŞƏRH

Formula 1: “Mercedes” pilotunun idarə etdiyi boliddə problem aşkarlanıb

Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib VİDEO

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”

Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib

AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Xankəndi Regional Mərkəzi fəaliyyətə başlayacaq

Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub

Türkiyəli turistlər Formula 1 Azərbaycan Qran-Prisini yüksək qiymətləndiriblər

Naxçıvanda maliyyələşdirilmiş kreditlər hesabına 169 yeni iş yeri yaradılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib

Sefarad yəhudiləri Bakı icmasının rəhbəri: Azərbaycan həm də bizim Vətənimizdir

Hacıqabulda növbəti Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib