Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhkəmə fəaliyyəti təkmilləşdirilir

Bakı, 23 iyun, AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuranın Aparatından AZƏRTAC-a bildiriblər ki, xüsusi karantin rejimi dövründə videokonfrans formatında keçirilən iclasda qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Prezidentinin tapşırıqlarının icrası ilə bağlı tədbirlər müzakirə edilib.

Şuranın sədri, Ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə davamlı və sabit inkişaf etdiyini, idarəetmənin təkmilləşdirildiyini, həyata keçirilən islahatların, o cümlədən hakimiyyətin bütün qollarında aparılan kadr dəyişikliklərinin müsbət nəticələrini qeyd edib.

Dünyada tüğyan edən COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə həyata keçirilən və dünyada nümunə göstərilən tədbirlərdən bəhs edilib, bu sosial bəla ilə mübarizədə fədakar əməyə görə respublika Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə edilib. Pandemiya şəraitində ölkəmizin beynəlxalq aləmin etibarlı üzvü kimi qlobal miqyasda müsbət fəaliyyəti, o cümlədən 29 ölkəyə humanitar yardım göstərməsi xüsusi vurğulanıb.

Bildirilib ki, qlobal pandemiya şəraitində ədalət mühakiməsinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılır, Ali Məhkəmə Plenumunun qərarına əsasən məhkəmələr tərəfindən sərt karantin rejimi dövründə təxirəsalınmaz, yaxud bilavasitə məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması təmin olunur.

“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəmə proseslərinin videobağlantı şəklində keçirilməsi məqsədilə xüsusi proqram modulunun hazırlanması və bir sıra məhkəmələrdə qeyd edilən formatda işlərə baxılması məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinə əsaslı töhfə verib. Cinayət işlərinə də videobağlantı ilə baxılmasına dair qanun layihəsinin hazırda Milli Məclisin baxışında olduğu qeyd edilib.

İclasda, həmçinin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) bu ayın 10-da keçirilmiş virtual plenar iclasında qəbul etdiyi pandemiya və ondan sonrakı dövrdə ədalət mühakiməsinin həyata keçirilməsi məsələlərinə dair Xartiyası diqqətə çatdırılıb. Bu sənəddə göstərilən bir çox məsələlərin, o cümlədən insanların məhkəməyə çatımlılığının təmini, onlayn xidmətlərdən istifadə və s. kimi tövsiyələrin artıq tətbiq edildiyi təqdir olunub.

Qeyd edilib ki, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər pandemiya şəraitində də davam etdirilib, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli proqram xarakterli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülüb. Fərmanın icrası çərçivəsində mühüm qanunvericilik paketləri qəbul edilib.

Dövlətimizin başçısının yüksək humanizminin növbəti təzahürü olaraq, onun qanunvericilik təşəbbüsü ilə ötən ay Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə 35 əməlin dekriminallaşdırılması, 30 maddənin sanksiyasına alternativ cəzaların daxil edilməsi xüsusi qeyd edilib, məhkəmələr tərəfindən həmin dəyişikliklərdən irəli gələn vəzifələrin dürüst icrası ilə bağlı qarşıda duran vəzifələr vurğulanıb.

Bildirilib ki, bu dövrdə dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ilə əlavə ayrılmış 200 hakim ştatının komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilib. Yeni qaydada - müasir informasiya texnologiyalarının tətbiqi ilə keçirilən və davamlı xarakter alan imtahanlarda uğur qazanmış 108 nəfər müsabiqənin müxtəlif mərhələsindədirlər. Namizədlərin sənəd qəbulu elektron qaydada hazırda da aparılır.

Həmçinin ötən ay Azərbaycan Prezidenti tərəfindən məsul hakim vəzifələrinə təyinatların edilməsi, bəzi hakimlərin iş yerinin intizam qaydasında dəyişdirilməsi, yaxud aşağı işə keçirilməsi, habelə yeni nəsil gənc hakimlərin ali və apellyasiya məhkəmələrinə irəli çəkilməsi mühüm əhəmiyyət kəsb edib.

Dövlətimizin başçısının tövsiyələrinə uyğun olaraq Şura tərəfindən cari ildə iki yeni mühüm sənədin - Ali Məhkəmə tərəfindən məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması, habelə hakimlərin fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının qəbul edildiyi, bu sahədə elektron proqram təminatının hazırlandığı bildirilib. Bunun hakimlərin fəaliyyətinin hərtərəfli qiymətləndirilməsində, sistem xarakteri daşıyan nöqsanların aşkarlanmasında və fəaliyyətində ciddi pozuntulara yol verən şəxslərin müəyyən edilməsində mühüm praktik alət olacağı vurğulanıb. Artıq yeni Qaydalarla fəaliyyətinin qiymətləndirilməsi nəzərdə tutulan 100-dən çox hakim, o cümlədən 50-dək yuxarı instansiya məhkəmələrinin hakimləri barədə qiymətləndirmə prosesinin başlanıldığı bildirilib.

Fərmanla verilmiş tövsiyələrə uyğun olaraq məhkəmələrdə işlərin hakimlər arasında elektron qaydada bölgüsü, bu sahədə şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə monitorinqlər keçirilib. Distant formada, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təşkil edilən monitorinqlər zamanı aşkar olunan pozuntular 20-dən çox məhkəmə sədrinin diqqətinə çatdırılıb.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun əhəmiyyəti nəzərə alınaraq, pandemiya şəraitinə baxmayaraq, Dünya Bankı ilə birgə həyata keçirilən layihə çərçivəsində Masallı Rayon Məhkəməsinin inzibati binasının tikintisinin başa çatdırıldığı, Sumqayıt məhkəmə kompleksinin və Suraxanı Rayon Məhkəməsinin binalarının tikintisinin isə tezliklə yekunlaşacağı bildirilib.

“Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin və onun imkanlarının genişləndirilməsi, insanların məhkəməyə çatımlılığının təmin edilməsi üzrə bu günlərdə Dünya Bankı ilə imzalanan yeni müqavilənin ədalət mühakiməsinin təkmilləşdirilməsinə, qeyri-prosessual münasibətlərin qarşısının alınmasına əsaslı töhfələr verəcəyi vurğulanıb.

İclasda məhkəmə sistemində şəffaflığın təmin edilməsi, korrupsiyaya şərait yaradan hallara qarşı qəti mübarizə aparılması ilə bağlı dövlətimizin başçısının tapşırıqlarının diqqətdə saxlanıldığı, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.

Bu məqsədlə ötən ay Məhkəmə-Hüquq Şurası rəhbərliyi tərəfindən bütün məhkəmə sədri və müavinləri, kollegiya sədrlərinin iştirakı ilə videomüşavirə keçirilərək, qanun pozuntularına ciddi reaksiya verilməsi, süründürməçilik, sui-istifadə hallarının, qeyri-prosessual münasibətlərin yolverilməzliyi, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.

Həmin müşavirədə qeyd edilən məsələlərin hər bir hakimin və məhkəmə işçisinin diqqətinə çatdırılması məqsədilə təxirə salınmadan bütün məhkəmələrdə tədbirlər keçirilib, yol verilən nöqsanlar və onların səbəbləri müzakirə edilib. Korrupsiyaya şərait yaradan, insanların haqlı narazılığını doğuran hallara qarşı qəti və barışmaz münasibət nəzərə çatdırılıb.

Eləcə də hazırkı pandemiya şəraitində bütün vəzifəli şəxslər tərəfindən müstəsna dərəcədə sosial məsuliyyətlilik göstərilməsinin, karantin rejiminə dönmədən əməl edilməsinin zəruriliyi bildirilib.

Qeyd edilib ki, həyata keçirilən tədbirlər qısa müddətdə müsbət bəhrə verərək, hakimlərin özlərinə və məhkəmə əməkdaşlarına qarşı daha tələbkar olmaları ilə nəticələnib, bir çox neqativ hallar aradan qaldırılıb. Bununla belə bəzi hakimlər tərəfindən intizamsızlıq və qanunvericiliyin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilib.

İclasda xüsusi karantin rejiminin, hakimlərin etik davranış Qaydalarının tələblərinin pozulmasına görə Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşova, qanunvericiliyin tələblərini pozduğuna görə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilib, 5 hakim, o cümlədən korrupsiyaya və qeyri-prosessual münasibətlərə şərait yaradan hallara yol verdiklərinə görə 2 məhkəmə sədri barədə intizam icraatı başlanılıb.

Məhkəmə sisteminə ictimai etimadı azaldan və ədalət mühakiməsinin nüfuzuna xələl gətirən hallara yol verən hakimlər barədə bundan sonra da ən sərt tədbirlərin görüləcəyi bir daha diqqətə çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub