Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhkəmə-hüquq islahatlarında Ulu Öndər Heydər Əliyev dühası

Məhkəmə-hüquq islahatlarında Ulu Öndər Heydər Əliyev dühası

Bakı, 14 fevral, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiram əlaməti olaraq Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı çoxşaxəli tədbirlər müəyyən edilərək həyata keçirilir.

Müasir müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Əlamətdar haldır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illiyi “Heydər Əliyev İli”ndə qeyd olunur. Bu münasibətlə Ümummilli Liderin adını daşıyan Heydər Əliyev Mərkəzində çoxsaylı xarici dövlətlərdən olan mötəbər qonaqların iştirakı ilə beynəlxalq konfrans keçirilib, Ali Məhkəmənin tarixi inkişaf yoluna, Ulu Öndərin bu sahədə müstəsna xidmətlərinə nəzər salınıb.

Bunu Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov “Məhkəmə-hüquq islahatlarında Ulu Öndər Heydər Əliyev dühası” sərlövhəli məqaləsində bildirib. AZƏRTAC məqaləni təqdim edir.

Ümummilli Liderin "tariximizin hər səhifəsi bizim üçün əzizdir" fikrinə sadiq qalaraq məhkəmə sistemimizin inkişafı yolunda bəzi mühüm məsələlərə diqqət yetirmək istərdik.

Hələ qədim dövrlərdə Azərbaycanda yaranmış dövlətlərdə məhkəmələrin fəaliyyətində müstəqillik, tərəflərin bərabərliyi və çəkişmə kimi mühüm prinsiplərin elementləri, xüsusilə də çoxpilləlilik institutu mövcud olub. Eyni zamanda, hakimlər üçün tələblərə, onların təminatına xüsusi əhəmiyyət verilib.

Orta əsrlərdə “Qazan xan islahatları” kimi məşhurlaşan hüquq islahatı Azərbaycanda məhkəmələrin müstəqilliyinin təmin olunmasına, onların kənar müdaxilədən qorunmasına, işlərə baxılarkən ədalətin gözlənilməsinə yönəlmişdi.

1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində demokratik hüquq sisteminin formalaşması, mütərəqqi məhkəmə islahatının aparılması üçün önəmli addımlar atılıb, lakin təəssüf ki, ölkənin işğalı bu taleyüklü işlərin başa çatdırılmasına, ali məhkəmə orqanının yaradılmasına imkan verməmişdi.

Və düz 100 il əvvəl məhz fevralın 13-də Azərbaycanda ali məhkəmə orqanı yaradılıb.

Sovet hakimiyyəti illərində keşməkeşli yollar qət edən məhkəmə-hüquq sistemimizin dayanıqlı fəaliyyəti Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir.

Ədalət, qanunçuluq və hüquq qaydalarının təminatını hər zaman üstün tutan Heydər Əliyev “ədaləti ədalətsizliklə bərpa etmək olmaz”, - deyərək qanunun aliliyini əsas meyar saydı.

Cinayətkarlığa, korrupsiyaya qarşı SSRİ məkanında ilk dəfə aşkar və cəsarətli çıxış edərək barışmaz münasibət göstərdi, vətəndaş məmnunluğunu təmin etdi.

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan Dahi Öndər Heydər Əliyev demokratik, hüquqi dövlətin təməlini qoydu. Ümummilli Lider hüquqi islahatlara müstəsna əhəmiyyət verərək bu məqsədlə yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdü və qısa müddətdə yeni müasir qanunlar və məcəllələr qəbul olundu. Ulu Öndərin dühası ilə yeni üçpilləli müstəqil məhkəmə sistemi və bu hakimiyyətdə mühüm rol oynayan Ali Məhkəmə bərqərar olunaraq fəaliyyətə başladı.

Məhkəmələrə insan haqlarının qorunması ilə bağlı müstəsna səlahiyyətlər verildi, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da “Habeas Corpus” prinsipini tətbiq edən ilk dövlətlərdən oldu. Humanizm prinsiplərinə sadiqlik göstərilərək Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv olundu.

Həmçinin Ali Məhkəmə demokratik cəmiyyətə xas olmayan nəzarət funksiyalarından azad edildi və onun sırf kassasiya instansiyası kimi yalnız hüquqi məsələləri araşdırması və prosesdə vəkilin mütləq iştirakı təsbit olundu.

Dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi keçirilərək təyinatlar aparıldı. Əvvəlki hakim korpusu 60 faiz təzələndi. Bundan dərhal sonra ABŞ-da olarkən Ümummilli Lider “Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda demişdir: “Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu”.

Ulu Öndərin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldiyi ilk günlərdən məhkəmə hakimiyyətinin müasir çağırışlara uyğun inkişafı, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və şəffaflığın artırılması, onun cəmiyyətdə nüfuzunun yüksəldilməsi üzrə tövsiyə və tapşırıqlar vermiş, bu istiqamətdə mütərəqqi islahatlara başlanılmışdı.

Dövlətimizin başçısının Azərbaycan Ali Məhkəməsinin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd etdiyi kimi, “məhkəmə-hüquq sisteminin davamlı inkişafı daim dövlət siyasətimizin prioritetlərindən biri olub. Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir”.

Bununla bağlı ötən dövrdə aparılmış islahatlar zamanı Avropa Şurası ilə əməkdaşlıqda məhkəmə fəaliyyətini tənzimləyən mövcud qanunvericilik mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla demək olar ki, hər il təkmilləşdirilib, yeni qanunlar qəbul edilib.

Mühüm institusional tədbirlər görülərək məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin Hakimlərin Seçki Komitəsi yaradılmış, hakimliyə namizədlərin beynəlxalq aləmdə təqdir olunan ən mütərəqqi və şəffaf seçimi Qaydası müəyyən olunub.

Eyni zamanda, məhkəmə hakimiyyətinin müstəqilliyinin əlavə təminatları yaradılıb, onun fəaliyyətinə müdaxilələrin Məhkəmə-Hüquq Şurası tərəfindən qarşısının alınması mexanizmləri müəyyən edilib, məhkəmə büdcələri təsdiq olunarkən Şura ilə razılaşdırılması, habelə hakimlərin əməkhaqqının azaldılmasının qanunla qadağan olunması təsbit edilib, digər tədbirlər görülüb. Həmçinin vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılması məqsədilə məhkəmə sistemi təkmilləşdirilib və 40-dək yeni məhkəmə, o cümlədən bütün bölgələrdə apellyasiya məhkəmələri, inzibati ədliyyə institutu yaradılıb. Mövcud məhkəmə infrastrukturu Dünya Bankının iştirakı ilə müasirləşdirilərək paytaxtda və bölgələrdə 35 məhkəmə üçün yüksək texnoloji - “hi-tech” bina və komplekslər inşa olunaraq istifadəyə verilib.

Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən açılışının şəxsən həyata keçirməsi məhkəmə hakimiyyətinə dövlətimizin verdiyi müstəsna dəyərin bariz təzahürüdür.

Eyni zamanda, məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə məhkəmə fəaliyyəti elektronlaşdırılmış, insanların məhkəməyə müraciət etdiyi andan məhkəmə qərarının icrasına qədər bütün prosesi əhatə edən “Elektron məhkəmə” informasiya sistemi yaradılıb.

Artıq məhkəmələrin 80 faizə qədərində tətbiq edilən bu sistemin yaxın aylarda ölkənin bütün məhkəmələrini əhatə etməsi nəzərdə tutulur.

Qeyd olunmalıdır ki, məhkəmə islahatlarımız beynəlxalq aləmdə də təqdir olunur. Ölkəmiz bu sahədə nailiyyətlərinə görə Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq görülüb, Dünya Bankı ilə birgə həyata keçirilən ədliyyə sisteminin müasirləşdirilməsi üzrə layihələrimiz ən uğurlu layihələr kimi müxtəlif nominasiyalarının qalibi olub. Öz şəffaflığı ilə fərqlənən hakimlərin seçimi prosedurumuz isə Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək kimi dəyərləndirərək digər dövlətlərə ondan bəhrələnmək tövsiyə edilib.

Məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlərin tənzimlənməsində Azərbaycan Ali Məhkəməsi fəal iştirak edir. Belə ki, Ali Məhkəmənin sədri, habelə məhkəmənin 2 hakimi Məhkəmə-Hüquq Şurasının, daha 2 hakimi isə Hakimlərin Seçki Komitəsinin üzvü olmaqla bu sahədə qərarların qəbulunda birbaşa iştirak edirlər.

Bununla yanaşı, hakimlərin məsuliyyət hissinin artırılmasında Ali Məhkəmə mühüm rola malik olmaqla məhkəmə səhvlərinin profilaktikasında prinsipial və təsirli mövqe göstərir, kobud pozuntulara qarşı intizam icraatını təşviq edir, digər tədbirlər görür.

Məhkəmə islahatları daim davam edən prosesdir. Ali Məhkəmənin binasının təməlinin qoyulması mərasimində Prezident İlham Əliyev demişdir ki, bu islahatların əvvəli var, amma sonu yoxdur. Bununla əlaqədar dövlət başçısının 2019-cu il aprelin 3-də imzaladığı Fərmanla məhkəmə islahatlarımız müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçib.

Fərmanın icrası üzrə qısa müddətdə bu sahədə nəhəng işlər görülüb, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılıb, özəl ekspertiza təsbit olunub, mediasiya institutu fəaliyyətə başlayıb.

Məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, işlərə daha səmərəli baxılması, bütövlükdə ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı Mülki-Prosessual Məcəlləyə 350-dək dəyişikliklər edilib. Həmçinin sadələşdirilmiş və yazılı icraat genişləndirilmiş, proseslərdə videokonfrans və elektron icraat, habelə məhkəmə rüsumlarının diferensiasiyası tətbiq olunub.

Cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər görülüb, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklər nəticəsində bir çox əməllər dekriminallaşdırılıb, bəzi cəzalar yüngülləşdirilib.

Hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üzrə qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bununla əlaqədar yol verilən sistem xarakterli nöqsanların müəyyən edilməsi üçün Ali Məhkəmənin monitorinqlər aparmasına dair ayrıca Qaydalar qəbul olunub, digər zəruri tədbirlər görülüb.

Eyni zamanda, Fərmana uyğun olaraq hakimlərin fəaliyyətinin müasir tələblərə cavab verən yeni, şəffaf qiymətləndirmə Qaydaları müəyyən edilib. Bu prosesdə Ali Məhkəmə əhəmiyyətli rol oynayır, hər bir hakimin fəaliyyətini ətraflı və prinsipial təhlil etməklə rəylər verir. Məhkəmə-Hüquq Şurasının üzvü olan Ali Məhkəmənin hakimləri qiymətləndirmə prosesində bilavasitə və fəal iştirak edirlər.

Fərmanla, həmçinin hakimlərimizin sayı üçdəbir qədər - 200 vahid artırılıb, bu ştatların tezliklə komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi davamlı xarakter almış və artıq 123 nəfər birinci instansiya məhkəmələrinin hakimi təyin edilib. Onların yarıya qədərini qadınların təşkil etməsi xüsusi qeyd olunmalıdır.

Bu isə daha təcrübəli hakimlərin irəli çəkilməsinə imkan yaratmış və nəticədə son dövrlər ərzində Ali Məhkəmənin tərkibi 70 faizi təzələnib.

Bu gün əsas vəzifələrimizdən biri ədalət mühakiməsi sistemini Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda təmin etməkdir.

İşğal dönəmində büsbütün dağıdılaraq minalanmış ərazilərimizdə dövlət başçısının rəhbərliyi ilə infrastruktur təzədən qurulur, o cümlədən qədim abidələrimiz, mədəni irsimiz respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə bərpa edilir. Həmin bölgədə infrastruktur bərpa olunaraq soydaşlarımızın öz torpaqlarına qayıtması ilə yeni yaradılan məhkəmə və ədliyyə qurumlarımızın da fəaliyyəti təmin olunacaq.

Fürsətdən istifadə edərək Ali Məhkəmənin kollektivini 100 illik yubiley və yüksək dövlət təltiflərinə layiq görülmələri münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə bir nəfər Araz çayında boğulub

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub

Bakı şəhərinin Xətai rayonunda yanğın baş verib

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO