Mehmet Ceylan: Cənubi Qafqazdakı son hadisələr gündəliyimizin ən vacib məsələlərindəndir
Bakı, 22 noyabr, AZƏRTAC
Cənubi Qafqazdakı son hadisələr gündəliyimizin ən vacib məsələlərindəndir. Türkiyə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının Xarici Əlaqələr Departamentinin sədr müavini Mehmet Ceylan Bakıda YAP-ın ev sahibliyi ilə təşkil olunan Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransının (ICAPP) "Təhlükəsizlik və əməkdaşlıq: Siyasi partiyaların rolu" mövzusunda xüsusi konfransında çıxışında söyləyib.
“Ermənistanın tarixi Azərbaycan torpaqlarını işğal etməsi münasibətlərin inkişafına mane oldu. Türkiyə Ermənistanla diplomatik əlaqələri və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi proseslərini dayandırdı”, - deyə M.Ceylan qeyd edib.
O, həmçinin bildirib ki, Ermənistan dairələrindəki provokativ çıxışlara baxmayaraq, Azərbaycan sülh sazişinin imzalanması üçün öz qapılarını açıq saxlayır.