Məişət zorakılığından zərər çəkmiş 230 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib
Bakı, 15 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin ilk rübündə məişət zorakılığından zərər çəkmiş 21 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslər Agentliyin müvafiq müəssisəsində yerləşən, 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində reabilitasiya xidmətləri ilə əhatə olunublar.
Şöbədə ötən dövrdə 230 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Onların sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı şöbədə sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]