Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məkrli siyasətin “girovu” – “Washington Post”

Məkrli siyasətin “girovu” – “Washington Post”

138 illik tarixə malik “Washington Post” (Post) qəzetinin rəhbərliyi 2009-cu ildə xəbərləri çatdırarkən dəqiqliyi və qərəzsizliyi qorumaq və beləliklə də nüfuzunu, obyektivliyini saxlamaq məqsədi ilə öz müxbirləri və redaktorlarının sosial mediada (Facebook, Twitter və s.) fəaliyyəti ilə bağlı yeni davranış kodeksi (https://stevebuttry.wordpress.com/2009/09/27/washington-post-social-media-guidelines-published/) müəyyən etdi. Qəbul olunmuş qaydalara görə qəzetin əməkdaşları şəxsi səhifələrində nə siyasi fikirlər səsləndirə, nə də ki ictimai müzakirələrdə tərəf tuta bilərdilər. Qəzetin bütün jurnalistlərinə sosial mediada siyasi, irqi, cinsi, dini, digər qərəzli və ya tərəf saxlayan yazılar, tvitlər, foto və videolar paylaşmaq qadağan olundu. 2011-ci ildə mövcud təlimat yenilənərək (http://www.washingtonpost.com/wp-srv/guidelines/social-media.html) əməkdaşları sosial mediada daha məsuliyyətli davranmağa çağırırdı.

Bu qəzetin maraqlı xüsusiyyətlərindən biri də orada 1970-ci ildən ombudsman vəzifəsinin olması idi. Bu vəzifəyə kənardan, müqavilə əsasında çalışan, eyni zamanda, heç kimə tabe olmayan təcrübəli jurnalist seçilirdi. Onun vəzifəsi qəzetdəki jurnalist fəaliyyətinə nəzarət etmək, orada dərc olunan səhv, qərəzli və sair məlumatlar, o cümlədən oxuculardan daxil olan şikayətlərdən doğan problemləri hər bazar günü işıqlandırmaq idi. Görünür, “Post” olan-qalan obyektivliyi elə 2013-cü ilin mart ayında arxivə vermək qərarı alıb. Qəzet rəhbərliyi 43 illik ənənəni pozaraq ombudsman vəzifəsini ləğv edərək (http://www.washingtonpost.com/lifestyle/style/post-ombudsman-will-be-replaced-by-reader-representative/2013/03/01/c50c86d2-82c3-11e2-b99e-6baf4ebe42df_story.html ), onun yerinə qəzetin əməkdaşlarından birini “oxucuların nümayəndəsi” adı ilə təhkim etdi. O, qəzetə daxil olan sual və şikayətləri cavablandırmalı, bloq (məqalə) yazmalı və ombusdmandan fərqli olaraq, qəzetin redaksiya heyətinə aid səhifənin redaktoruna tabe olmalıdır.

Dünyanın ən məşhur xəbər agentliklərindən olan “Assosiated Press”in 2013-cü ildəki monitorinqinə əsasən  (http://www.huffingtonpost.com/2013/05/01/newspaper-circulation-top-10_n_3188612.html) ABŞ-da gündəlik dövriyyəsinin həcmi və ya populyarlığı ilə seçilən (eləcə də “online” oxucularının sayına görə) qəzetlərin içində “Washington Post” yeddinci yerdə qərarlaşmışdı. “Pew” Tədqiqat Mərkəzinin 2014-cü ildə ABŞ-dakı ideoloji qruplar arasında apardığı sorğu və hazırladığı hesabata  (http://www.businessinsider.com/here-are-the-most-and-least-trusted-news-outlets-in-america-2014-10) görə isə ölkədəki beş ideoloji qrupdan (liberallar, nisbətən liberallar, konservatorlar, nisbətən konservatorlar və orta mövqelilər) ikisi “Post”u etibarlı mənbə kimi qəbul etmirlər.

Qeyd etmək istərdik ki, dünyanın demək olar ki, bütün media orqanları sadə insanlar üçün öz nəşrlərində məqalə dərc elətdirmək imkanı yaradırlar. Lakin nüfuzlu Qərb mətbu orqanlarının qapıları yazıldığı kimi hər kəsə açıq deyil. Bunun obyektiv və subyektiv səbəbləri var. Bundan əlavə, mövcud olan yazılmamış qanun isə budur ki, məqalə qəzetin redaksiyasına daxil olduğu vaxtdan 5 gün ərzində dərc olunmursa, demək o bir daha həmin nəşrdə dərc olunmayacaq.

Bəs “Post”da belə bir məqaləni dərc etdirmək ehtimalı nə qədərdir? Bu suala cavab verməmişdən öncə “Washington Post”la bağlı maraqlı fakt və statistikanı qeyd etmək istərdik. Belə ki, qəzetin redaksiyasına hər gün 500-dən çox jurnalist, redaktor və müxbirdən 2 milyondan çox sözdən ibarət yazılar (bu A4 formatında təqribən 4 min səhifədir) daxil olur ki, bunun da yalnız 180 minini çap edirlər. Bundan əlavə ictimai və biznes liderlərindən, dövlət qulluqçularından, valideynlərdən, tələbələrdən, hətta taksi sürücülərindən belə gün ərzində yüzlərlə xəbər alırlar. “Post” öz əməkdaş və tərəfdaşı olmayan şəxslər üçün məqalələrlə bağlı bir sıra şərtlər də irəli sürür. Bunlar çoxlu ad və faktların təqdim olunan məqalədə yer alması, məqalənin birtərəfli olmaması və orada digər tərəf(lər)in mövqeyinin əks olunması şərtidir. Bu olmadığı təqdirdə qəzet özü ədalət naminə hər iki tərəfin mövqeyini dərc edəcəyini bildirir. (http://www.washingtonpost.com/r/WashingtonPost/Production/Digital/Pages-Web/community-relations/_module-content/What%27s%20Your%20Story.pdf )

Yuxarıda qeyd olunan faktlardan da göründüyü kimi, “Post”da məqalənin dərc olunması çox çətin bir prosesdir. Bu, məsələnin obyektiv tərəfi. Bəs subyektiv tərəfi hansıdır?

Subyektiv tərəfini əminliklə demək mümkün olmasa da, konkret olaraq Azərbaycanla bağlı dərc olunan məqalələri analiz etsək, görərik ki, qəzet əksər hallarda birtərəfli qaydada ölkəmizə qarşı olan, yalan və qərəz dolu məqalələri rahatlıqla dərc edir. Məsələn, ABŞ-da fəaliyyət göstərən erməni təşkilatlarının və ya Azərbaycandan bir neçə “seçilmiş”in məqalə və ya məktubları “Washington Post”da heç bir maneəsiz, dərhal dərc olunur.

 Necə olur ki, obyektivlik və qərəzsizliyi özünə deviz seçən “Post”da erməni girovluğunda insanlığa sığmayan işgəncələrlə üz-üzə qalan Dilqəm Əsgərov və Şahbaz Quliyev kimi yüzlərlə azərbaycanlının nəinki məktubları, heç onlar barədə hər hansı bir məlumat belə dərc olunmur?! Halbuki İsmayılovaların şikayət, Yunusovaların “sevgi” məktubları nəinki orada dərc olunur, hətta qəzetin əməkdaşları sosial media ilə bağlı “Washington Post”un qəbul etdiyi siyasətə zidd olaraq onları orada paylaşırlar.

İsmayılovanın Qərb auditoriyası üçün “yazdığı” məktub (http://www.washingtonpost.com/opinions/letter-from-an-azerbaijani-prison/2015/02/17/2a2d6cb0-b3d3-11e4-886b-c22184f27c35_story.html ) özlüyündə diqqətə layiq olmasa da, orada bir sıra mühüm texniki detalları xüsusi qeyd etmək istərdik. Bəlkə, o zaman yuxarıdakı necələrə cavab tapa bilərik.

Məsələn, adətən 5 gün ərzində dərc olunmalı halda, Xədicə İsmayılovanın 6 fevral tarixli məktubu aradan 12 gün keçdikdən sonra “Post”da dərc olunur. Qəzetin aparıcı fiqurlarından biri olan Fred Hiatt bu məktubu öz facebook səhifəsində paylaşmaqla bərabər belə bir cümlə də qeyd edir: ”Azərbaycan rejimi mətbuat və vətəndaş cəmiyyətini əzdiyi bir vaxtda, cəsarətli bir qadın həbsxanadakı kamerasından ruhlandırıcı bir yazı göndərib”.

Dünyanın istənilən yerində baş verən hadisədən ani olaraq xəbər tutan qəzet redaksiya heyətinə aid səhifənin redaktoru olan Fred Hiattın bu qərəzli, tərəf saxlayan və yalan şərhinə və məktubu sosial mediada yaymağına heç bir reaksiya vermir. Nəyə görə “Washington Post”un işçiləri ilə bağlı nəzərdə tutduğu davranış kodeksi və redaksiya siyasəti kobud şəkildə pozulur və buna göz yumulur? Məsələnin təəccüb doğuran tərəfi isə qəzetin şikayətlərə baxan “oxucuların nümayəndəsi” olan şəxsinin məhz Fred Hiatta tabe olması və ona məruzə etməsidir.

X.İsmayılova şikayət məktubunda özü də qeyd edir ki, məhbəsdə onun hər şeyi əlindən alınıb, hətta yazıları da. Amma Leyla Yunusovanın “sevgi” məktubundan  (http://www.washingtonpost.com/posteverything/wp/2014/08/26/a-love-letter-from-a-jailed-activist-to-her-imprisoned-husband/ )(adı sevgi məktubu qoyulsa da, eqoizmlə dolu, nifrət saçan, hətta Qrossmanın dili ilə yəhudi millətini sadəlövh adlandırdığı məktub) fərqli olaraq, İsmayılovanın məktubunda 5 müxtəlif internet səhifəsinə yönləndirmə var. Kompyuterdən xəbəri olan istənilən şəxs bilir ki, əlyazmada bu cür keçidlərin qoyulması (özü də məhbəsdə) heç cür mümkün deyil. Bunu etmək üçün internetə çıxış olmalı və ən azı 50 işarədən ibarət səhifənin ünvanını bilmək lazımdır. Misal üçün, əlindən hər şeyinin alındığını məktubun birinci paraqrafında bildirən İsmayılova artıq ikinci paraqrafda iranlı yazar Səhər Dəlicaninin “Cakaranda Ağacının Övladları” kitabını tərcümə etdiyini bildirir və həmin kitabın alış-veriş portalı olan “Amazon”da satış ünvanı verilir:   http://www.amazon.com/gp/product/1476709092?ie=UTF8&camp=1789&creativeASIN=1476709092&linkCode=xm2&tag=thewaspos09-20. Göründüyü kimi, İsmayılovanın 100-dən çox hərf, rəqəm və işarədən ibarət keçidi əlyazmada qeyd etməsi mümkün deyil. Bunun üçün ən azı internetə çıxış olmalı və fenomenal yaddaşa malik olmaq lazımdır. O isə məhbəsdə ona heç bir şəraitin yaradılmadığını bildirir.

İkincisi, tutaq ki, İsmayılova bu sözləri telefonla deyib və dostları mətni kompyuterdə yığıb, qeyd olunan keçidləri əlavə ediblər. O zaman daha “maraqlı” bir məqam ortaya çıxır. Məktubun “indi olduğum Kürdəxanı həbsxanası” olan hissəsində yenə də başqa səhifəyə keçid verilir. Bu keçidin ermənilərə məxsus, 7 gün 24 saat Azərbaycanın əleyhinə işləyən, Asbares erməni xəbərləri portalının (http://asbarez.com/131820/azeris-tell-new-us-ambassador-to-visit-political-prison-upon-arrival/ ) olması şübhələri daha da artırır. Bunu onun azərbaycanlı dostları ediblərsə, onların dostluğunu gərək İsmayılova yenidən nəzərdən keçirsin, ya da ki bu məktubu erməni dostları vasitəsilə ötürüb ki, onlarda onun həqiqətən həbsdə olduğunu “Asbares”dəki məlumata istinad etməklə təsdiq edirlər.

Üçüncü və daha inandırıcı versiya isə bu məqalənin məhz qəzetin özü tərəfindən yazıldığı və Azərbaycana qarşı məkrli siyasətin bir hissəsi olaraq dərc olunmasıdır. Mətni yazan şəxs(lər) yuxarıda qeyd olunan həssas məqamları nəzərə almadan, yazını necə gəldi yerləşdiriblər. Bunu təsdiq edən daha bir fakt isə məktubda azərbaycanlı yox, “azərilər” ifadəsinin bir neçə dəfə işlədilməsidir. Hər bir sadə azərbaycanlı bilir ki, azərilər İranda yaşayan, soy kökü baxımından azərbaycanlılarla bağlılığı olmayan bir xalqdır. Bunu İsmayılovanın özü də bilməmiş deyil. Belə ifadəni adətən əcnəbilər istifadə edirlər. Qəzetin hazırkı rəhbərinin “Amazon” şirkətinin sahibi olması və İsmayılovanın tərcümə etdiyi kitabın keçidinin həmin portala yönlənməsi də diqqət çəkən məqamdır. Bundan başqa, qəzetin ombudsmanı Endryu Aleksandr hələ 2009-cu ildə  təsdiq edirdi ki, oxucuları “Post”da gedən mövzulardan daha çox oradakı qərəz narahat edir (https://stevebuttry.wordpress.com/2009/10/04/objectivity-and-neutrality-arent-the-only-ways-to-protect-journalists-credibility/). Nəhayət, martın 1-də “Washington Post”un redaksiya heyətinin Azərbaycan Prezidentini hədəfə alan yalan dolu, qərəzli məqaləni dərc etməsi (http://www.washingtonpost.com/opinions/jailed-without-trial-in-azerbaijan/2015/03/01/34a1d342-bea1-11e4-bdfa-b8e8f594e6ee_story.html) bütün nöqtələri öz yerinə qoydu.

Məlumdur ki, paytaxt Vaşinqtonda yerləşən icraedici və qanunverici orqanlarda olduğu kimi, bir çox mərkəz, qəzet və onların əməkdaşları müəyyən lobbi və maraqların təsiri altında fəaliyyət göstərirlər. Dağlıq Qarabağ münaqişəsi və regionda gedən proseslərlə bağlı Prezidentin həyata keçirdiyi müstəqil siyasət və sarsılmaz iradəsi heç də hamının xoşuna gəlmir. Onlar qəzetlərinin nüfuzundan istifadə etməklə Azərbaycanla bağlı bu cür qərəzli yazılar verir və düşünürlər ki, belə çirkin kampaniyalarla bizi haqq yolundan döndərə bilərlər. Ancaq unutmasınlar ki, İlham Əliyev kimi güclü lideri olan Azərbaycan xalqı hər zaman pisi yaxşıdan ayırd etməyi bacaran bir xalqdır.

Bu, heç kimə sirr deyil və biz bir daha əmin olduq ki, özü haqqında hansı fikirdə olursa-olsun, “Post” bu gün dünyada gedən siyasi və iqtisadi proseslərin məkrli oyunçusudur.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir