MEKSİKA PREZİDENTLİYİNƏ HƏR İKİ NAMİZƏD ÖZLƏRİNİ QALİB ELAN EDİR
Obrador demişdir: “Bizim hesablamalara görə, seçkilərdə mən 500 min səs üstünlüyü ilə qalib gəlmişəm”. Onun rəqibi Kalderon bu məlumatı təkzib edərək demişdir ki, seçkilərin rəsmi yekunlarına hörmətlə yanaşır.
Elan edilmişdir ki, bülletenlərin hesablanması iyulun 5-də başa çatacaqdır.
Müstəqil sosioloji sorğu mərkəzlərinin məlumatına görə, namizədlər arasında səslərin miqdarında fərq cüzidir. Prezident seçkiləri ilə birlikdə keçirilən parlament seçkilərində də bu cür vəziyyət yaranmışdır. Nə Milli Fəaliyyət Partiyası, nə də Demokratik İnqilab Partiyası Konqresdə yerlərin çoxunu qazana bilmişdir.
Bildirilir ki, ABŞ Kalderonu dəstəkləyir, çünki mühafizəkarların nümayəndəsi demişdir ki, əvvəlki Prezident Visente Foksun siyasətini davam etdirəcəkdir. Obrador isə, əksinə, Şimali Amerikada azad ticarət haqqında müqavilənin müddəalarına yenidən baxmaq və Birləşmiş Ştatlardan gətirilən paxla və qarğıdalını Meksika bazarına buraxmamaq niyyətindədir.