Meksikada boru kəmərində partlayışda ölənlərin sayı 135 nəfərə çatıb
Bakı, 4 mart, AZƏRTAC
Meksikada neft boru kəmərində baş vermiş partlayış nəticəsində ölənlərin sayı artaraq 135 nəfərə çatıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Noticias MVS” radiostansiyası məlumat yayıb.
Qeyd edilir ki, ölənlərdən 68-i dərhal hadisə yerində, digərləri isə xəstəxanalarda həlak olub. Hazırda 5 nəfər Mexikoda, 3 nəfər isə ABŞ-ın Texas ştatında olmaqla hələ də xəstəxanalarda müalicə alır.
Xatırladaq ki, yanvarın 18-də axşam saatlarında İdalqo ştatındakı iri neft kəmərində güclü partlayış olub, sonra yanğın başlayıb. Hadisə boru kəmərinin qanunsuz kəsilmiş yerində yanacaq yığmaq üçün çoxsaylı insanların toplaşdığı vaxt baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]