Meksikada hərbçilərlə silahlı dəstə arasındakı toqquşmada 12 nəfər öldürülüb
Bakı, 20 fevral, AZƏRTAC
Meksikanın şimal-şərqindəki Tamaulipas ştatında hərbçilərlə silahlı dəstə arasında baş verən qarşıdurmada azı 12 cinayətkar öldürülüb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, Tamaulipas ştatının təhlükəsizlik xidmətinin nümayəndəsi Xorxe Kuellar mətbuat konfransında insidentin Miqel Aleman bələdiyyəsi ərazisində baş verdiyini bildirib. Onun sözlərinə görə, ştatın şimal hissəsində, ABŞ ilə “kiçik sərhəd” kimi tanınan ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, Tamaulipas ştatında narkotik vasitələrin ticarəti ilə məşğul olan qruplarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşmalar illərdir davam edir. Meksika hakimiyyəti 2014-cü ildən bəri cinayətkarlıqla mübarizə çərçivəsində təhlükəsizlik tədbirlərini daha da gücləndirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [16:27]
Efiopiyada Tiqray silahlıları Mekele hava limanını ələ keçiriblər
- 23.09.2026 [16:01]
Qazaxıstan mərciməyi Azərbaycandan keçməklə Hindistana göndərib
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş VİDEO
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]