“Məktəb inspektoru” vakansiyası üzrə namizədlər seçilir
Bakı, 1 aprel, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən məktəblərdə keyfiyyətin monitorinqinin aparılması məqsədilə elan olunan “Məktəb inspektoru” vakansiyası üzrə növbəti yazılı imtahan keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, namizədlərin sahə üzrə biliklərinin yoxlanılması məqsədilə martın 3-də keçirilmiş imtahanda ümumilikdə 72 namizəd iştirak edib. Həmin namizədlərdən 50-si qadın, 22-si kişi olub. Bir saat davam edən imtahanın nəticələrinə əsasən, 47 nəfər nəzərdə tutulan keçid balından aşağı, 25 nəfər isə yuxarı bal toplayıb.
İmtahandan uğurla keçən namizədlər aprelin 3-dək müsahibədə iştirak etmək üçün agentliyə dəvət olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:44]
Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng
- 08.10.2026 [12:20]