“Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü olacaq
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Məktəbdə...” layihəsinin yeni dərs ilində ilk görüşü oktyabrın 16-da paytaxtdakı 21 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki qonağı Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli olacaq.
Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, təhsil islahatlarının cəmiyyətin inkişafına təsiri, müəllim-şagird münasibətləri, asudə vaxtın düzgün təşkil olunması və digər maraq doğuran mövzular ətrafında söhbət aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:04]
Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb
- 02.11.2026 [18:09]
DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır
- 02.11.2026 [17:32]