Məktəbəhazırlıq qrupları: ilk addım, ilk sevinc – Fotosessiya
Bakı, 1 oktyabr, AZƏRTAC
Bu gündən dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb. 2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 279 ümumi təhsil müəssisəsinin 1047 məktəbəhazırlıq qrupuna 27 min 136 uşaq qeydiyyatdan keçib.
AZƏRTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarından fotosessiyanı təqdim edir.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində ölkə üzrə ümumilikdə 6577 məktəbəhazırlıq qrupuna 104 min uşağın cəlb edilməsi nəzərdə tutulur.