Məktəblilər Şəhidlər xiyabanını ziyarət ediblər
Bakı, 17 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsindəki 75 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərinin Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ziyarət zamanı məktəbin müəllimi Gülanə Əliyeva şagirdlərə 20 Yanvar faciəsi barədə geniş məlumat verib, bu qanlı hadisənin başvermə səbəblərindən və acı nəticələrindən danışıb.
Vurğulanıb ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.