Məktəblilərə Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri barədə məlumat verilib
Ağcabədi, 9 fevral, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” ilə əlaqədar film nümayişlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, film nümayişindən əvvəl Mərkəzin bələdçisi Səbinə Mamedova tərəfindən məktəblilərə Ümummilli Lider Heydər Əliyevin ömür yolu, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri haqqında ətraflı məlumat verilib. Şagirdlər Mərkəzin əsas fondunda saxlanılan dahi lider Heydər Əliyevə həsr olunmuş eksponatlarla tanış olublar.
Sonra Heydər Əliyev Mərkəzinin konfrans otağında Mərkəzin əməkdaşları tərəfindən hazırlanan “Xalqa bağışlanan ömür” adlı film nümayiş olunub. Film nümayişləri həftənin 1-ci və 3-cü günləri olmaqla, il ərzində həyata keçiriləcək.