Məlahət İbrahimqızı: Xalçanın hər ilməsində tarix və yaddaş yatır
Bakı, 5 dekabr, AZƏRTAC
Qərbi Azərbaycan xalçalarının sərgisi “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilib. Konfrans iştirakçıları sərgi ilə tanış olacaqlar. Sərgi Bakıda ilk dəfədir keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanın xalçaçılıq nümunələrinin qorunub saxlanılmasının vacibliyini qeyd edən QAİ-nin üzvü vurğulayıb ki, tarixi abidələr kimi qadınlarımızın əl işi olan xalçalar da milli, mədəni irsimizi özündə əks etdirir. “Qərbi Azərbaycandan olan xanımlarımız göz-bəbəyi kimi qoruyub saxladıqları xalçaları sərgiyə təqdim ediblər. Bir sözlə, sərgidə ən qədim xalçalar nümayiş etdirilir. Bu sərgi Qərbi azərbaycanlıların tarixini, mədəniyyətini, bizim bu torpaqlarda yaşadığımızı bir daha sübut edir”, - deyə deputat vurğulayıb.
Xalçanın hər ilməsinin tarix və yaddaş olduğunu qeyd edən M.İbrahimqızı sərgidə onun ailəsinə məxsus iki xalçanın da nümayiş etdirildiyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [20:21]
Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz
- 02.11.2026 [18:59]
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib
- 02.11.2026 [16:13]
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi
- 02.11.2026 [16:05]
İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO
- 02.11.2026 [16:00]
Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ
- 02.11.2026 [14:38]