Məlalə Yusəfzay Oksford Universitetindən məzun olub
London, 20 iyun, AZƏRTAC
Hüquq müdafiəçisi Məlalə Yusəfzay Oksford Universitetindən məzun olub. İyirmi iki yaşlı qız buraxılış imtahanlarını uğurla başa vurub. O, universitetdə iqtisadiyyat, siyasət və fəlsəfə sahələrini öyrənib.
Xatırladaq ki, 2012-ci ildə içində olduğu avtobus Taliban tərəfindən güllələnən zaman Məlalə başından yara alıb və müalicəsi Birminhem şəhərində davam etdirilib. O, həmçinin beynəlxalq bestseller olan “Mən Məlaləyəm” kitabının müəllifidir. On yeddi yaşında Nobel Sülh Mükafatına layiq görülən ən gənc şəxs olaraq tarixə düşüb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:22]
Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub
- 08.10.2026 [12:04]
Pakistanda 9 terrorçu zərərsizləşdirilib
- 08.10.2026 [11:48]