Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏLİK-ŞAHNAZARYANIN YEDDİ SƏHVİ

Berlin, 27 aprel (AZƏRTAC). Bu günlərdə Ermənistan mətbuatında yerevanlı politoloq Levon Məlik-Şahnazaryanın “Serblərin Kosovosu ermənilərin Naxicevanıdır” adlı məqaləsi dərc edilmişdir (məqalə müəllifinin toponimizasiyasını olduğu kimi saxlayırıq). Bu məqalədə söhbət ondan gedir ki, aprelin 17-də Kosovo dövlətinin elan edilməsinin qanuniliyi məsələsi barədə dövlətlərin BMT-nin Haaqadakı Beynəlxalq Məhkəməsinə (İnternational Court of Justice - İCJ) yazılı müraciət təqdim etməsinin müddəti başa çatır. Xatırladaq ki, Serbiya İCJ-yə sorğu ilə müraciət edərək Kosovo dövlətinin elan edilməsinin legitimliyi məsələsinə baxılmasını xahiş etmişdir. Belqrad və Priştina öz dəlillərini əsaslandırmaq üçün məhkəməyə sübutlar təqdim etmişlər. Müraciət təqdim etmiş ölkələr sonrakı üç ay müddətində - aprelin 17-dən iyulun 17-dək bu qəbildən olan digər müraciətlər barəsində də şərhlərini göndərə bilərlər. Sonra məhkəmə debatları başlanacaq, daha sonra məhkəmə qəti qərar çıxaracaqdır.

Məlik-Şahnazaryan məqaləsinin əvvəlində yazır: “Beynəlxalq “boyunduruğun” ABŞ, İngiltərə, Almaniya, Fransa, Avstriya, İsveçrə kimi lokomotivləri Kosovonun tərəfdarları düşərgəsindədir. Hərçənd, yeni dövlət qurumunun tərəfdarlarının siyahısının da sanbalı az deyil: Çin, Rusiya, Boliviya, Slovakiya”. Müəllif Kosovonu tanımaqdan imtina etmiş Gürcüstanı istehza ilə “demokratiya mayakı”, Azərbaycanı isə eyni dərəcədə istehza ilə “tolerantlıq idealı” adlandırır. Lakin nədənsə öz doğma Ermənistan dövlətinə bu sarkazmdan pay ayırmır. Halbuki ağlasığmaz “demokratikliyi” və qeyri-adi “tolerantlığı” ilə seçilən Ermənistan, işin tərsliyindən Kosovonu tanımamış dövlətlərlə eyni düşərgədədir. Onun fikrincə, “Bakıda və Tbilisidə xalqların öz müqəddəratını təyin etmək hüququnu şəxsi təhqir kimi qəbul edirlər”. Lakin bir sıra başqa hallarda olduğu kimi, bu halda da müəllif riyakarlıq edir: Azərbaycan hökuməti dəfələrlə qeyd etmişdir ki, öz müqəddəratını təyin etmək hüququ birtərəfli ayrılmaq hüququ deyildir. Buna görə də işğaldan azad edilmiş və hərbisizləşdirilmiş iki icmalı Dağlıq Qarabağın Azərbaycan hüdudlarında daxili təyini-müqəddərat hüququ beynəlxalq hüququn Avropa İttifaqı ölkələrində uğurla sınaqdan çıxarılmış hər iki prinsipini birləşdirməyə imkan verir.

Güman etmək olar ki, Yerevana Kosovonu tanımağı və bununla da xalqların öz müqəddəratını təyin etməsi hüququna az qala dindarcasına sadiq qalmağı Allah özü buyurmuşdur. Lakin Məlik-Şahnazaryanın özünün də etiraf etdiyi kimi, "kosovoluların ayrıca dövlət elan etmək hüququ məsələsində Ermənistan çox mürəkkəb vəziyyətə düşmüşdür". Ermənistanın vəziyyətinin mürəkkəb olması göz qabağındadır. Azərbaycan icmasının Dağlıq Qarabağda özünün əvvəlki və münaqişəyəqədərki daimi yaşayış yerinə qayıtması labüddür. Bu halda öz müqəddəratını təyin etmək konsepsiyasının erməni məddahları qayıtmış bumeranqın zərbəsinə tuş gələ bilərlər. Doğrudan da, Ermənistan tərəfinin arqumentlərini qəbul etsək, bu halda Şuşa rayonunun sakinləri də evlərinə qayıdandan sonra millətin öz müqəddəratını təyin etmək və müstəqil Şuşa respublikası elan etmək hüququndan istifadə etmək ixtiyarına malik olacaqlar. Müstəqil Xocalı, Malıbəyli, Kuropatkino, Muğanlı, Xocavənd, Umudlu, Cəmilli, Meşəli və başqa respublikalar elan edilməsi, onların Azərbaycan ilə hökmən yerüstü əlaqə imkanlarına malik olması və öz təhlükəsizliklərinə beynəlxalq təminatlar tələb etməsi də qanuni olardı, necə ki, rəsmi Yerevan özünün Qarabağdakı erməni qohumları üçün bu imkanlara nail olmağa çalışır. Doğrudan da, elə həmin Muğanlı və ya Malıbəyli sakinləri niyə ayrıca bir millət ola bilməsin? Onlar da Qarabağ erməniləri kimi “ayrıca millət” ola bilər. Əgər bu, bəzilərinə icazə verilirsə, başqalarına niyə verilməməlidir? Əgər Dağlıq Qarabağ erməniləri özbaşına şəkildə Azərbaycandan ayrılmaq məsələsinə dair referendum keçirə bilirsə, onda nə üçün elə həmin Kərkicahan sakinləri müstəqil dövlət yaratmaq məsələsinə dair buna oxşar referendum keçirə bilməsinlər? Məlum olduğu kimi, San-Marino da, Romanın Vatikana aid məhəllələri də ayrıca dövlətlərdir. Bu halda erməni ideoloqları qondarma “DQR-in ərazi bütövlüyü” prinsipinin “Malıbəyli xalqının öz müqəddəratını təyin etmək hüququndan” üstün olmasını eyni çılğınlıqla müdafiə etməyəcəklərmi?

Məlik-Şahnazaryan Kosovonun tanınması məsələsində Ermənistanın mürəkkəb vəziyyətə düşməsinin səbəblərini özünəməxsus tərzdə əsaslandırır: “Görünür, Ermənistan Cənubi Qafqazın xəritəsində “Dağlıq Qarabağ Respublikası”nın mövcud olmasını (öz aramızdır, çox gurultulu sözlərdir - V.S.) nəzərə alaraq Kosovonu dəstəkləməlidir. Digər tərəfdən, Kosovonun və Metoxiyanın müstəqilliyinin elan edilməsinin qeyri-qanuni olması göz qabağındadır və bu cür müstəqilliyə səs vermək həqiqətin əleyhinə səs vermək deməkdir. Kosovo tarixən serblərin diyarıdır və bu fakt yeni qurumun hətta ən qatı tərəfdarlarında da şübhə doğurmur. Kosovoda albanların çoxluq təşkil etməsi Türkiyənin hərbi (və dini!) ekspansiyasının, Yuqoslaviyanın sabiq lideri, əslən xorvat olan İ.B.Titonun antiserb siyasətinin və nəhayət, NATO qoşunları tərəfindən aparılmış etnik təmizləmələrin, serblərin bu diyardan qəddarlıqla qovulmasının nəticəsində mümkün olmuşdur”.

Gördüyümüz kimi, “həqiqət” dedikdə son dərəcə dəqiq müddəaların ikibaşlı interpretasiyasını istisna edən beynəlxalq hüquq deyil... tarix nəzərdə tutulur. Məlik-Şahnazaryanın fikrincə, Yerevan Kosovonun müstəqilliyinin tanınması məsələsində həqiqətə qarşı çıxmağı özünə rəva görə bilməz. Lakin Ermənistanın Kosovonun müstəqilliyini tanımamağının əsl səbəbi heç də Məlik-Şahnazaryanın istinad etdiyi “həqiqət” deyil. Əgər Bakı və Tbilisi Kosovonu tanımamaqla beynəlxalq sərhədlərin pozulmazlığı və dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinin aliliyi barədə öz mövqelərinin ardıcıllığına əsaslanmışdırsa, “forpostu” Kosovonu tanımaqdan çəkinməyə məcbur edən başqa səbəblər olmuşdur.

Məlik-Şahnazaryan yazır: “Serblərin Kosovosu ermənilərin Naxicevanıdır. Hər iki halda bu dünyanın qoluzorluları bir yerə toplaşaraq, bir dövlətin əzəli torpaqlarını onun əlindən alıb başqa dövlətə vermək istəyirlər”. Lakin əvvələn, Naxçıvan hec vaxt Ermənistanın olmamışdır, bu gün də onun deyil və hec vaxt onun olmayacaq! İkincisi, əgər bu dildə danışsaq, onda Kosovonu daha çox Azərbaycanın Zəngəzuru, Şərqi Göyçəsi və tarixən həmin torpaqlarda məskunlaşmış insanların fikrini soruşmadan “bu dünyanın qoluzorluları” tərəfindən bugünkü Ermənistana verilmiş digər Azərbaycan torpaqları ilə müqayisə etmək daha düzgün olardı.

Müəllif daha sonra yazır: “Ona görə ki, yaxın gələcəkdə Kosovonun Albaniya ilə birləşəcəyinə yəqin ki, heç kəs şübhə etmir”. Lap yaxın vaxtlarda haradasa buna çox oxşar fikirlər eşitmişdik. İki həftə bundan əvvəl Serj Sarkisyan demirdimi ki, Dağlıq Qarabağın ya müstəqil dövlət, ya da Ermənistanın bir hissəsi olacağı gün onun ən bəxtəvər günü olacaq? Erməni politoloq bizi heyrətləndirməkdə davam edir: “Üstəlik, albanların öz ərazisini Makedoniya və Çernoqoriya hesabına da genişləndirmək istəkləri artıq bu gün aşkar görünür”. Doğrudan da haradasa buna oxşar vəziyyətlə rastlaşmışıq. Görəsən bu, Samtsxe-Cavaxetiyada olmamışdı ki?

Məlik-Şahnazaryan yazır: “Ermənistanın Kosovonun tanınması əleyhinə səs verməsi “DQR-in mənafelərinə yalnız ilk baxışda ziddir. Şübhə yoxdur ki, məhkəmənin gözlənilən qərarı “DQR” üçün presedent hüququ yaradacaq və “DQR”in elan edilməsinin qanuniliyinə dair gələcək debatlarda həm “Stepanakert”in, həm də Yerevanın mövqelərini möhkəmlədəcəkdir. Kosovoluların məxsusi dövlət hüququnun tanınmasında yol verilən qanun pozuntuları nə qədər çox olsa, erməni dövlətlərinin DQR-in elan edilməsinin hüquqi əsasları barədə danışması bir o qədər asan olacaqdır”. Məlik-Şahnazaryan Kosovonun müstəqilliyinin elan edilməsi zamanı beynəlxalq hüququn pozulması faktını etiraf etməklə və eyni zamanda Kosovo ilə Dağlıq Qarabağı müqayisə etməklə, dolayısı da olsa, hər halda Qarabağ ermənilərinin psevdodövlət elan etməsinin qeyri-qanuni olmasını etiraf edir. İCJ-nin Kosovo barədə gələcək qərarı erməni tərəfin mövqelərini əsla möhkəmlətməyəcək. İndiki danışıqlar prosesinin əsasını təşkil edən Madrid prinsipləri ərazi bütövlüyünün bərpa olunmasını, işğal olunmuş ərazilərin azad edilməsini, məcburi köçkünlərin öz evlərinə qayıtmasını və Dağlıq Qarabağın gələcək statusunun hər iki icma tərəfindən birlikdə, beynəlxalq hüququn norma və prinsipləri, habelə bu çərçivədə qəbul edilmiş qərarlar və sənədlər əsasında müəyyən edilməsini nəzərdə tutur. Zənnimcə, hansı sənədlərdən söhbət getdiyini Məlik-Şahnazaryana xatırlatmağa lüzum yoxdur. Amma hər halda arzulara deyil, reallığa əsaslanmaq lazımdır.

Məlik-Şahnazaryanın fikrincə, “Qarabağ ermənilərinin artıq həyata keçirilmiş öz müqəddəratını təyin etmək hüququ Kosovo ilə müqayisəedilməz dərəcədə artıq hüquqi əsasa malikdir”. Suveren dövlətin bir hissəsinin birtərəfli şəkildə ondan ayrılması BMT-nin Nizamnaməsinə və Helsinki Yekun Aktına ziddir. Lakin məlumdur ki, Kosovonun müstəqil dövlət kimi yaradılmasının məqsədi humanitar fəlakətin nəticələrini aradan qaldırmaq, öz yurdlarına qayıtmış alban qaçqınların təhlükəsizliyini təmin etmək və Slobodan Miloşeviç rejimi tərəfindən onların yenidən qovulmasının qarşısını almaq idi. Dünya birliyi Kosovo dövlətini yaratmaqla Belqradın törətdiyi hərbi cinayətlərə və aparılmış kütləvi etnik təmizləmələrə görə onu cəzalandırmışdır. Dağlıq Qarabağda hərbi cinayətlər törədən və etnik təmizləmələr aparan Ermənistan olmuşdur. Bəs onu nəyə görə mükafatlandırmaq lazımdır? Kosovo presedentinin Dağlıq Qarabağda tətbiq edilməsi azərbaycanlı qaçqınların oraya qaytarılmasını, onların Ermənistan tərəfindən təkrar qovulmaq cəhdlərindən qorunmasını və Azərbaycan “Srebrenitsasında” etnik təmizləmələr aparılması və soyqırımı törədilməsində təqsirkar olan hərbi canilərin Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə verilməsini nəzərdə tutmalıdır. Ermənistan qaçqınların öz yerlərinə qaytarılmasına müqavimət göstərəcəyi təqdirdə isə, onun barəsində Yuqoslaviyaya qarşı NATO aviasiyası tərəfindən görülmüş tədbirlər tətbiq edilməlidir. Əgər Yerevan bunu istəyirsə, Kosovo presedentinin bizim regionda tətbiq edilməsi bundan ibarətdir. Hər halda, Kosovo ssenarisinin başqa yerlərdə təkrarlanmaq üçün model hesab edilməsinə dünyada birmənalı şəkildə əks münasibət bildirilmişdir.

Məlik-Şahnazaryan əmindir: “Üstəlik, Azərbaycanın müstəqilliyindən fərqli olaraq, “DQR”in müstəqilliyi beynəlxalq hüquqa və SSRİ qanunvericiliyinə tam riayət olunmaqla elan edilmişdir və bunu istənilən qərəzsiz ekspertlər səviyyəsində sübut etmək olar”.

Əlbəttə, bu fikri təkzib etmək və sadəcə xatırlatmaq olar ki, Məlik-Şahnazaryanın fikrincə, “qeyri-qanuni” olan Azərbaycan dünyanın bütün dövlətləri tərəfindən tanındığı halda, Dağlıq Qarabağdakı “legitim” rejim hətta Ermənistan tərəfindən də tanınmamışdır. Lakin erməni politoloqun gətirdiyi dəlillər özlüyündə maraqlıdır: “1991-ci il martın 17-də SSRİ-də, o cümlədən Azərbaycanda da SSRİ-nin “qorunub saxlanması” barədə referendum keçirilmişdir. Həmin referendumda Azərbaycanın səsvermə hüququna malik olan sakinlərinin 75,1 faizi iştirak etmişdir. Səsvermədə iştirak edənlərin böyük əksəriyyəti - 93,3 faizi SSR İttifaqının saxlanmasının və Azərbaycan SSR-in də onun tərkibində qalmasının lehinə səs vermişdir. Lakin referendumdan təqribən beş ay sonra bir qrup azərbaycanlı deputat Azərbaycanın müstəqilliyini elan etmişdir. Bu qərar yaxın vaxtlarda keçirilmiş referendumun yekunlarına tamamilə zidd idi və əhalinin fikrinin heç olmasa formal baxımdan nəzərə alınması ilə əsaslandırılmamışdı. Beləliklə, 1991-ci ilin avqust ayında Azərbaycanın müstəqilliyinin elan edilməsi bu sovet respublikasının əhalisinə qarşı cinayət olmuşdur və yalnız hakimiyyətin qəsb edilməsi aktı kimi tövsif edilməlidir. Qarabağ və Naxicevan 1921-ci ildə Sovet Azərbaycanının tərkibinə qatılmışdır. Bu, “Müttəfiq respublikanın SSRİ-nin tərkibindən çıxması qaydası haqqında” SSRİ qanununa görə, Azərbaycanın həmin ərazilər barəsində iddialardan imtina etməsini nəzərdə tuturdu. Bundan əlavə, onlar SSRİ tərkibində milli dövlət qurumu olmaqla, özünün siyasi-dövlət quruluşunun müəyyən edilməsi məsələsinə dair ayrıca referendum keçirmək üçün ayrılmaz hüquqa malik idilər. Yəqin ki, dayaz düşüncəli Bakı siyasətçilərindən başqa heç kəs bu faktla mübahisə edə bilməz ki, 1991-ci il dekabrın 10-da DQR-də keçirilmiş referendum bu diyarın əhalisinin öz siyasi-dövlət statusunu müəyyən etmək hüququnun həyata keçirilməsi olmuşdur”.

“Dərin düşüncəli” yerevanlı politoloqun bir kiçik abzasda şərh etdiyi bütün postulatlarının əsassız olmasını ona sıra ilə izah edək. Birincisi, Qarabağ və Naxçıvan (özü də bu adı erməniləşdirmək lazım deyil, bu, onlara kömək etməyəcək) Azərbaycana “verilməmişdir”, onlar həmişə Azərbaycanda olmuş və Azərbaycanda qalmışlar. Məlik-Şahnazaryan özünü bilməzliyə vurmasın ki, guya o, RK(b)P MK Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarixli plenumunun qətnaməsinin, Rusiya ilə Türkiyə arasında 1921-ci il 16 mart tarixli Moskva müqaviləsinin və 1921-ci il 13 oktyabr tarixli “Bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdən Türkiyə arasında RSFSR-in iştirakı ilə bağlanmış dostluq haqqında müqavilənin” (Qars müqaviləsinin) mətnləri ilə tanış deyil. O, həmin sənədlərlə lap yaxşı tanışdır və şübhə etmirik ki, əgər həmin sənədlərdə Qarabağın və Naxçıvanın Ermənistandan Azərbaycana “verilməsi” barədə lap cüzi məqam olsaydı, onlardan sitat gətirmək imkanından mütləq istifadə edərdi. Qafqaz Bürosunun qərarına əsasən Qarabağ Azərbaycana “verilməmiş”, məhz Azərbaycanın tərkibində saxlanmış, Qarabağın Yuxarı hissəsində isə mərkəzi Şuşada olmaqla muxtariyyət yaradılması qərara alınmışdır. O vaxta qədər mövcud olmamış “Dağlıq Qarabağ” adı buradan yaranmışdır. Qarabağın “Ermənistandan zorla ayrılıb Azərbaycana verilməsi” fikri yalandır, əksinə, onun dağlıq hissəsi vahid Qarabağdan zorla ayrılmış və muxtar qurum yaradılmışdır.

İkincisi, Ermənistan özü xalq xarici işlər komissarı Askanaz Mravyanın və xalq daxili işlər komissarı Poqos Makinzyanın şəxsində Qars müqaviləsini imzalamış, A.M.Nazaretyan isə Qafqaz Bürosunun plenumunda Qarabağın Azərbaycan hüdudlarında saxlanmasına səs vermişdir. Bundan əlavə, Qafqaz Bürosunun qərarını Dağlıq Qarabağ ermənilərinin özləri də dəstəkləmişdir - 1923-cü ilin avqust ayında DQMV-də keçirilmiş referendumda erməni kəndlilər Azərbaycanın tərkibində DQMV yaradılmasını bəyəndiklərini bildirmişlər. Qarabağ vilayət partiya komitəsinin katibi Sero Manutsyan 1923-cü il oktyabrın 13-də həmin referendumun yekunları haqqında AK(b)P MK-da məruzə edərək demişdir: “Azərbaycanın tərkibində muxtariyyət aktı erməni kəndlilər tərəfindən tam həmrəyliklə qarşılanmışdır... Kəndlilər öz kütləvi qətnamələrində muxtariyyəti və sovet hakimiyyətini alqışlamışlar”.

Üçüncüsü, politoloqun bir məsələni yada salması da pis olmazdı ki, sovet hakimiyyətinin ilk dövründə gedən bu proseslər nəticəsində Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini - Zəngəzuru (indiki Syunik), Qazax qəzasının qərb hissəsini (indiki Tavuş) və Dərələyəz (indiki Vayotdzor) ərazilərini ələ keçirməyə və sonradan bütün azərbaycanlı əhalini planlı şəkildə oradan qovmağa müvəffəq olmuşlar. DQMV-dən fərqli olaraq, burada əksəriyyəti azərbaycanlılar olan yerli əhalinin fikrini heç kəs soruşmurdu, referendumlar keçirmirdi, onlara muxtariyyət verilməsi barədə isə heç danışmağa dəyməz.

Dördüncüsü, DQMV mövcud olduğu dövrdə heç vaxt Məlik-Şahnazaryanın səhvən hesab etdiyi kimi “milli dövlət muxtariyyəti” deyil, milli-ərazi qurumu olmuşdur. Bu isə onu muxtar respublikalardan əhəmiyyətli dərəcədə fərqləndirirdi. Milli dövlət qurumları (MSSR) və milli ərazi qurumlarının (MV) statusundakı fərqlər haqqında müddəalar 1977-ci il SSRİ Konstitusiyasının, müvafiq surətdə, 10-cu fəslində (maddə 82-85) və 11-ci fəslində (maddə 86-88) təsbit edilmişdir. Biz Məlik-Şahnazaryanın “fürsətdən istifadə edərək” DQMV-nin statusunu milli dövlət qurumu səviyyəsinə qaldırmaq arzusunu başa düşürük, amma hər halda Azərbaycan SSR-in 1923-cü il 7 iyul tarixli dekreti ilə yaradılmış və Azərbaycan Ali Sovetinin 1991-ci il noyabrın 26-da SSRİ Konstitusiyasına və Azərbaycan Respublikasının Konstitusiyasına tam müvafiq olaraq qəbul edilmiş müvafiq qanununa əsasən ləğv edilmiş Dağlıq Qarabağda milli-ərazi muxtariyyətinin səlahiyyət hüdudlarını ona xatırlatmağa məcburuq.

Beşincisi, “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 1990-cı il 3 aprel tarixli SSRİ Qanununa görə, Məlik-Şahnazaryanın yazdığı kimi, “Azərbaycanın bu ərazilər (Naxçıvan MSSR və DQMV - V.S.) barəsində iddialardan imtina etməsi" deyil, tamam başqa məsələ - bütün respublikada referendum keçirilməsini və ümumrespublika səsverməsinin nəticələri hesablanarkən müttəfiq respublikanın tərkibinə daxil olan muxtar qurumlarda səsvermənin nəticələrinin ayrıca uçota alınması nəzərdə tutulurdu, bunlar isə heç də eyni şey deyil.

Altıncısı, sadəcə maraq üçün sual edilir: Azərbaycan Naxçıvandan kimin xeyrinə “imtina etməli” idi? Bəlkə Ermənistanın xeyrinə? Əgər belədirsə, Ermənistanın buraya nə dəxli var? Yeri gəlmişkən, 1921-ci il Moskva Müqaviləsinin III maddəsi Azərbaycanın Naxçıvandan imtina etməsinə imkan vermir, necə deyərlər, onun əl-qolunu bağlayır. Moskva Müqaviləsinin beynəlxalq-hüquqi qüvvəsi isə, “təəssüf ki” hələ də qüvvədə olan və Ermənistan hökuməti tərəfindən imzalanmış Qars müqaviləsinin 1-ci maddəsi ilə təsdiq edilmişdir. Beləliklə, qapalı dövrə alınır - Ermənistanın Qars müqaviləsini imzalaması hətta Azərbaycan bunu istəsə belə (?) Naxçıvanı ona güzəşt etməsinə imkan vermir.

Yeddincisi, Azərbaycan diplomatı Tofiq Musayevin “Ermənistanın Azərbaycana ərazi iddiaları nümunəsində münaqişələrin tənzimlənməsinin hüquqi çərçivələri” adlı geniş məqaləsi dərc ediləndən sonra 1991-ci il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilməsinin etibarsız olmasını əsaslandırmağa və Məlik-Şahnazaryanın “qərəzsiz ekspert qiymətini” təhlil etməyə əlavə lüzum yoxdur. “Dağlıq Qarabağın Azərbaycan SSR-dən ayrılmasının “hüquqi cəhətdən qüsursuz olması” və Dağlıq Qarabağın guya heç vaxt müstəqil Azərbaycanın tərkibinə daxil olmaması barədə Yerevanda yayılmış fikrə gəldikdə isə, bu fikir, çox güman ki, həmin “qərəzsiz ekspert qiymətinə” əsaslanır, buna görə də həmin fikrə əlavə diqqət yetirməyə və onu şərh etməyə dəyməz.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb